adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
13 Yanvar 2021 19:10
47312
TEXNOLOGİYA
A- A+

“TikTok” yeniyetmələrin hesablarını şəxsiləşdirir

“TikTok” 13-15 yaş arası yeniyetmələrin hesablarını şəxsi (private) edəcək. Şirkətin verdiyi məlumata əsasən, belə hesablarda paylaşılan videoları yalnız müəllifin icazə verdiyi istifadəçilər görə biləcək.

Bununla yanaşı, “TikTok” bir sıra yeni təhlükəsizlik parametrlərini də istifadəçilərin ixtiyarına verəcək.

“TikTok” platformada elə bir təhlükəsiz mühit yaratmağa çalışır ki, hətta azyaşlılar da öz videolarını rahat şəkildə paylaşa bilsinlər”, - deyə şirkətin məlumatında bildirilir.

Yeniliklər təkcə 13-15 yaş arası deyil, 16-17 yaşlı istifadəçiləri də əhatə edir. Belə ki, bundan sonra sonuncuların paylaşdığı videoların şərh bölümünə də məhdudiyyətlər tətbiq olunacaq. Həmçinin bu videolar üçün yüklənmə funksiyasını söndürmək və ya məhdudlaşdırmaq mümkün olacaq.

Xatırladaq ki, “TikTok” qısa videoların hazırlanması və paylaşımı üçün hazırlanmış bir servisdir.