adalet.az header logo
  • Bakı 12°C
14 Yanvar 2021 20:15
54168
TEXNOLOGİYA
A- A+

“WhatsApp”da mesajlarla işi asanlaşdıracaq yeni funksiya işə düşür

“WhatsApp” çoxlu sayda mesajlarla işləməyi asanlaşdıracaq funksiya hazırlayır.

Bu barədə “WABetaInfo” insider portalı məlumat verib.

Bu funksiya “Read Later” (“Sonra oxu”) adlanacaq və “Archive”i (“Arxiv”) əvəz edəcək.

Əvvəllər bir söhbəti arxivləşdirərkən istifadəçi mesaj almırdı, söhbət özü isə çat siyahısının lap aşağısına düşürdü.

Yeni seçimdə işin məntiqi dəyişəcək. Belə ki, bölmə yuxarı hissədə bərkidiləcək, istifadəçi isə ona daxil olaraq mesajları görə biləcək.

İsmarıclarla bağlı bildiriş verilməyəcək.

Yeni xüsusiyyət “WhatsApp”ın “Android” versiyalarında beta testindədir. Yenilik tezliklə bütün platformalar üçün əlçatan olacaq.