adalet.az header logo
  • Bakı 18°C
14 Yanvar 2021 21:37
72035
ŞOU-BİZNES
A- A+

Hadisə izləyicilərini təlaşlandırdı: "Təşviş pozuntusundan əziyyət çəkirəm"

Bir müddət əvvəl koronavirusa yoluxan Hadisə səsləndirdiyi fikirlərlə izləyicilərinin narahatlığına səbəb olub.

Adalet.az saytı xəbər verir ki, özündə yeni xəstəliyin olduğunu iddia edən Hadisə bunun koronavirusdan sonra meydana çıxdığını söyləyib. Koronavirus xəstəliyi ilə mübarizə apardığı zaman yaşadıqlarını bir-bir izah edən müğənni indi isə təşviş pozuntusundan əziyyət çəkdiyini bildirib:

"Mənim üçün çox çətin bir dövr oldu. Xəstəxanaya düşmədim. Bu xəstəliyi xəstəxanalarda keçirən insanlara münasibətdə çox şükür etdim. 2 həftə evdə tək qaldım.

4 həftə boyunca öskürdüm. Başım çox pis ağrıdı. Qusmalarım oldu. Yalnız xəstəliyin 5-ci günündə dad və qoxunu hiss etdim. Məni bir tək məhv edən qorxu oldu".

Hadisə yaşadığı həyacanın səsinə görə olduğunu da dilə gətirib:

"Televizorda izlədiyimiz o qorxunc görüntülər məni həyəcanlandırdı. Narahatlıqdan təşviş pozuntusu xəstəsi oldum. Öskürək hələ də keçmir. "Koronavirus səsimə təsir edəcəkmi? Oxuya biləcəyəmmi?" kimi suallar hələ də beynimdə dolaşır. Nəysə ki, sağaldım. Amma təşviş pozuntusundan əziyyət çəkirəm".

Rövşən Tahir