adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
15 Yanvar 2021 16:47
29085
ELM VƏ TƏHSİL
A- A+

İmtahan sessiyası ilə bağlı monitorinqlərin nəticələri təhlil ediləcək - Nazirlik

İmtahan sessiyasının gedişatı ilə bağlı həyata keçirilən monitorinqlərin nəticələri təhlil ediləcək.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli deyib.

Onun sözlərinə görə, tələbə və müəllimləri narahat edəcək məsələ olacaqsa, buna operativ şəkildə reaksiya veriləcək: “İmtahan sessiyası ilə bağlı apellyasiyaların yaradılması universitetlərin səlahiyyətindədir. Təhsil Nazirliyi tədris prosesinə müdaxilə etmir. Nazirlik sadəcə ümumi siyasəti həyata keçirir”.