adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
18 Yanvar 2021 10:16
39233
İDMAN
A- A+

“Barsa” Superkuboku əldən verdi: Messi 753 oyunda ilk dəfə qırmızı vərəqə aldı - VİDEO

“Atletik” klubu İspaniya Superkubokunun finalında “Barselona”nı 3:2 hesabı ilə məğlub edib.

Sevilya şəhərinin Olimpiya stadionunda keçirilən qarşılaşmanı baş hakim Xesus Xil Mansano idarə edib.

Lionel Messi qarşılaşmanın 120-ci dəqiqəsində rəqib oyunçu Asyera Vilyalibrenin başına zərbə endirib. Bu epizodda yalnız VAR sisteminin müdaxiləsindən sonra Messiyə qırmızı vərəqə göstərilib.

Beləliklə, Messi “Barsa”da keçirdiyi 753 qarşılaşmada ilk qırmızı vərəqəsini alıb.