adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
18 Yanvar 2021 10:49
43027
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğlu: Gözəl olur...

(Xatirələrimin  şeiri)

Çiçək ətirli  səhər -
Bilirsən, gözəl olur...
Üzünü  şehi  ilə -
Silirsən, gözəl olur!..

Ömrün ziyası kimi
Günəş şüası kimi...
Tanrı duası kimi -
Gəlirsən... gözəl olur!

Pəncərədə dan nuru
Əhval gözəl, qan duru!
Açır  ruhun zənburu -
Gülürsən - gözəl olur...

Dağılır qəm sürəyi
Eşqdir ruhun dirəyi!
Mənlə sevən ürəyi -
Bölürsən - gözəl olur!