adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
19 Yanvar 2021 22:23
34398
İDMAN
A- A+

Messinin cəzası bəlli oldu

İspaniya Superkubokunda "Atletik"lə final matçında (2:3) meydandan qovulan "Barselona"nın kapitanı Lionel Messinin cəzası bəlli olub.

Qol.az sport.es-ə istinadən xəbər verir ki, argentinalı hücumçu 2 oyunluq cəzalandırılıb. Beləliklə, Leo ağır cəzadan xilas olub.

33 yaşlı futbolçu İspaniya kubokunda "Kornella" və La Liqada "Elçe" ilə görüşləri buraxacaq.

Qeyd edək ki, Messi görüşün bitməsinə bir dəqiqə qalmış meydandan qovulmuşdu. Rəqibi vurduğu üçün qırmızı vərəqə alan futbolçunun 12 oyuna qədər cəzalandırıla biləcəyi xəbərləri yayılmışdı