adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
21 Yanvar 2021 14:25
50253
ŞOU-BİZNES
A- A+

Meryem Üzerlinin paylaşımı gümdəm oldu

İkinci dəfə ana olmanın xoşbəxtliyini yaşayan Meryem Üzerli qızı Lily Koi ilə birlikdə çəkdirdiyi fotolarını tez-tez sosial şəbəkə hesablarında paylaşır. Bir neçə gün bundan öncə Lily Koini dünyaya gətirən Üzerli yeni paylaşımı ilə də diqqət çəkib.

Adalet.az saytı xəbər verir ki, uşağın atası haqqında heç bir açıqlama verməyən aktrisa qızı ilə birgə paylaşdığı fotosuyla gündəm olub. Üzerlinin son durumu izləyiciləri heyrətləndirib. Belə ki, doğuşa bir neçə gün qalmış etdiyi fotosessiyaya görə müzakirə edilən Meryem Üzerli doğuşdan sonra ilk dəfə paylaşdığı və bədən quruluşunun birə-bir əks olunduğu fotosu ilə də müzakirə olunub. Onun doğuşdan sonra yenidən necə gözəl bədən quruluşuna sahib olması, bir sözlə, Üzerinin son vəziyyəti izləyicilərini təəccübləndirib. Hətta türk mətbuatında “Hamiləlik kilolarından tez bir zamanda qurtuldu” başlığı ilə Üzerlinin paylaşımını xəbər ediblər.

Qeyd edək ki, Meryem Üzerli “Mühteşem Yüzyıl” serialında əsas rollardan birini oynamış, daha sonra serialı yarımçıq qoyaraq tərk etmişdi. Ardınca Almaniyanın Berlin şəhərinə köçərək Amerikalı sevgilisi ilə birlikdə yaşamış, bir müddət sonra isə hamilə olduğunu söyləmiş və dünyaya uşaq gətirəcəyini bildirmişdi.

4 ay bundan öncəki açıqlamasında ilk övladı olan Laranın bunu istədiyini vurğulyaraq “Qızım Laranın 7 yaşı var. Uzun müddətdir ki, özünə ya bir bacı, ya da qardaş istəyir. Odur ki, mən də hamiləyəm. Qız övladı dünyaya gətirəcəm. Ailəmizi qururuq” sözlərini demişdi.

Onu da əlavə edək ki, Üzerlinin ikinci qızı bu il yanvar ayının 9-da dünyaya gəlib.

Rövşən Tahir