adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
22 Yanvar 2021 09:17
21307
SAĞLAMLIQ
A- A+

Yaponiyada quş qripi yayılıb: 10 mindən artıq qaz məhv ediləcək

Yaponiyada yeni quş qripi xəstəliyi səbəbi ilə 12 min qaz məhv ediləcək.

Bu barədə “Kyodo” agentliyi xəbər yayıb.

Xəstəlik Tiba Prefekturasında toyuq fermasında aşkar edilib. Qeyd olunur ki, bu üçüncü belə haldır. Fermanın özündə 6 min, son bir həftə ərzində digər əyalətlərdə doqquz quşçuluq fabrikinə təslim edilən 6 min baş qaz məhv ediləcək.

Qeyd edək ki, ölkənin mərkəzi hissəsində Yaponiyanın Qifu prefekturasında yanvar ayının əvvəlində quş qripi xəstəliyi qeydə alınıb.