adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
23 Yanvar 2021 09:00
15837
DÜNYA
A- A+

Pentaqonun yeni rəhbəri NATO-nun ABŞ üçün əhəmiyyətini vurğuladı

ABŞ-ın yeni müdafiə naziri Lloyd Ostin NATO-nun baş katibi Yens Stoltenberq ilə telefon danışığında ittifaqın ABŞ üçün əhəmiyyətini vurğuladı, Əfqanıstan və İraqdakı missiyaları müzakirə etdi.

Bu barədə Pentaqonun mətbuat xidmətinin rəhbəri Con Kirbinin açıqlamasında deyilir.

"Bu danışıq Müdafiə naziri olaraq (Ostinin) xarici liderə ilk zəngi idi və ABŞ üçün NATO ittifaqının əhəmiyyəti vurğulandı", - sənəddə deyilir. Ostin və Stoltenberq "müdafiə baxımından NATO-nun güclü mövqeyini qorumaqla yanaşı Əfqanıstan və İraqda davam edən missiyaları müzakirə etdilər."