adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
23 Yanvar 2021 21:00
19242
DÜNYA
A- A+

Amerikalı məşhur aparıcı vəfat etdi

Amerikalı məşhur telejurnalist Larri Kinq vəfat edib.

Adalet.az xəbər verir ki, bu barədə onun rəsmi “Twitter” hesabında məlumat paylaşılıb.

87 yaşlı Larri Kinq Los-Ancelesdəki klinikalardan birində dünyasını dəyişib.

Xatırladaq ki, daha əvvəl onun koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi barədə məlumat verilmişdi.

L.Kinq 1985-2010-cu illərdə müəllifi olduğu "Larry King Live" şousu ilə məşhurlaşıb. O, əlli mindən çox siyasətçi, aktyor, idmançı və digər məşhurlardan müsahibə alıb.