adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
25 Yanvar 2021 09:39
20749
SAĞLAMLIQ
A- A+

Almaniya koronavirusa qarşı yeni dərman alır

Almaniya koronavirusa qarşı anticisim dərman satın alacaq.

Bu barədə ölkənin Səhiyyə naziri Hens Spayn “Bild am Sonntag” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, 200 min doza dərman satın alınaraq xəstəxanalara paylanacaq.

Spayn bildirib ki, ölkəsi bu dərmanı Avropa İttifaqında ilk istifadə edən dövlət olacaq:

“Bu anticisimlərin istifadəsi erkən mərhələdə yüksək riskli xəstələrə kömək edə bilər”.

Qeyd olunur ki, sözügedən dərmanlar- ABŞ-ın “Eli Lilly” şirkətinin istehsal etdiyi “Bamlanivimab” və ABŞ-ın “Regeneron” şirkətinə aid “Casirivimab” və “Imdevimab”la eyni anda qəbul edilir.