adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
25 Yanvar 2021 11:34
28214
İDMAN
A- A+

“Keşlə”nin yeni baş məşqçisi bilindi - RƏSMİ

“Keşlə” Futbol Klubunun baş məşqçisi vəzifəsinə təyinat baş tutub.

Adalet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İdarə Heyətinin qərarına əsasən, Bakı komandasını Sənan Qurbanov çalışdıracaq.

40 yaşlı mütəxəssis ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Sənan Qurbanov buna qədər 2018/19-cu illər mövsümündə “Qəbələ”nin baş məşqçisi olub.

Xatırladaq ki, dünən Yunis Hüseynov komandanın baş məşqçi postundan istefa verib.