adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
25 Yanvar 2021 15:08
36418
ELM VƏ TƏHSİL
A- A+

Vaqif Qarayev: Məktəbi bağlayır, söyürsüz, açır, yenə söyürsüz

Virtual təhsil... distant təhsil... onlayn dərs...

Bizim üçün yenilikdir... həm məktəb, həm müəllim, həm şagirdlər, həm də valideynlər üçün yenilikdir...

Tədrisdə göz kontaktı, müəllimin emosiyaları, jestləri çox vacibdir... dediyini anlatmaq üçün... Həm məktəbin (sinfin) spesifik aurası var... Şagirdlər arasında rəqabət filan da öz yerində...

İndi iş elə gətirib ki, valideynlər arasında rəqabət gedir. Kim daha yaxşı izah edəcək öz övladına. Valideynlərin psixoloji gərginliyindən heç danışmasaq yaxşıdı.

Nəsə... İndi məktəbləri açmaq istəyirlər. Xeyirli olsun. Amma brifinqdə səslənən rəqəmlər xoşagələn deyil. Uşaqlar arasında yoluxma ilə bağlı... minlərlə yoluxma olub.

Naziri niyə söyürsüz? Məktəbi bağlayır, söyürsüz, açır, yenə söyürsüz...

Neynəsin? Və ya neynəyək???