adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 Yanvar 2021 16:19
22710
SİYASƏT
A- A+

MİNSK QRUPU YENƏ GƏLİR

Atamın bir ağsaqqal dostu vardı. Deyirdi ki, getdiyiniz evdə əgər uşaqlar qabağınıza çıxıb desə ki, «Şahmar əmi gəldi, Şahmar əmi gəldi» ürəklə o evə girin. Yox, uşaqlar əgər desə ki, «Şahmar əmi yenə gəldi» bilin ki, o evdə sizi istəmirlər, qapıdan qayıdın.

İndi oxuyuram ki, ATƏT-in Minsk qrupunun həmsədrləri gəlirlər. Yadıma atamın dostunun sözü düşdü: «Həmsədrlər yenə gəldi!»