adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
25 Yanvar 2021 16:53
43841
ŞOU-BİZNES
A- A+

Müalicə alan Neslihan: “Yaxşı olmağa çalışıram”

“Mənə göndərdiyiniz dəstək dolu mesajlarınız, xoş niyyətləriniz, dualarınız üçün çox təşəkkür edirəm”.

Adalet.az saytı xəbər verir ki, bu sözləri Türkiyəli aktrisa Neslihan Atagül özünün “instagram” hesabında izləyicilərinə xitabən paylaşdığı videosunda qeyd edib:

“Çox mədəni insanlarsınız. Çox təşəkkür edirəm. Məni yalnız buraxmadınız. Pis deyiləm, özümü yaxşı hiss edirəm. Doğrusu yaxşı olmağa çalışıram. Azacıq istirahətə ehtiyacım vardı və hələ də var. Odur ki, bir az daha istirahət edəcəm. Müalicəm davam edir. Müalicə alaraq yaxşı oluram”.

Qeyd edək ki, bir neçə gün bundan öncə Neslihan Atagülə “ kəskin bağırsaq pozulması” diaqnozu qoyulmuş və səhhətinin ağır olduğu bildirilmişdi. Bundan sonra aktrisa baş rolu canlandırdığı “Sefirin kızı” serialından ayrılmış və müalicəyə başlamışdı.

Rövşən Tahir