adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 Yanvar 2021 22:45
40240
İDMAN
A- A+

Özilin "Fənərbaxça"dakı maaşı açıqlandı

"Fənərbaxça" yeni transferi Mesut Özilin maaşını açıqlayıb.

Qol.az Türkiyə klubunun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi bu mövsüm 33 yaşlı yarımmüdafiəçiyə ödəniş etməyəcək. Onun məvacibini sabiq klubu "Arsenal" ödəyəcək.

Özil növbəti 3 mövsümün hər birində "Fənərbaxça"dan 3 milyon avro maaş alacaq. O, əlavə olaraq, 550 min avronu isə imza üçün əldə edəcək.

Qeyd edək ki, türk əsilli almaniyalı futbolçunun imza mərasimini yanvarın 27-də keçiriləcək.