adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
26 Yanvar 2021 13:47
56927
ANALİZ
A- A+

Ərdoğan türk hərbçilərin Azərbaycandakı fəaliyyətini müzakirə edəcək

Yanvarın 28-də Türkiyə Milli Təhlükəsizlik Şurasının Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə iclası keçiriləcək.

Adalet.az “Anadolu” agentliyinə istinadən xəbər verirki, bu il ilk dəfə keçiriləcək iclasda Şərqi Aralıq dənizi, Türkiyə hərbçilərin Azərbaycan, Liviya və Suriyadakı fəaliyyəti müzakirə ediləcək.

Türkiyə ilə Yunanıstan arasında Egey və Şərqi Aralıq dənizləri ilə bağlı aparılan kəşfiyyat danışıqları, terror ünsürlərinə qarşı mübarizə, digər regional və milli təhlükəsizlik məsələləri iclasın gündəliyinə daxil edilib.

Digər Xəbərlər