adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
26 Yanvar 2021 15:13
68196
ŞOU-BİZNES
A- A+

Təranə izləyicisini “ağ yuyub, qara sərdi”: “Ay yazıq...”

Təranə Səmədova ilə izləyicisinin fikirləri toqquşdu. Təranənin “instagram” hesabında Xalq artisti Aygün Kazımovanı “gözəl” adlandıraraq ad gününü təbrik etməsi izləyicisi tərəfindən aqressiya ilə qarşılanıb.

Adalet.az saytı xəbər verir ki, rəy bölümündə “Allah sizə gözəllik versin. Nə çirkinsiniz. Bunlar nə gündədir, adam irgənir” sözlərini yazan oxucuya Səmadova “Siz bir həkim müayinəsinə gedin, ya gözlərinizdə problem çıxacaq, ya ürəyinizdə, ya da beyninizdə. Bəlkə də heç yoxdur. Ay yazıq, çətin deyil bu beyinlə həyata baxmaq?” cümlələri ilə cavab verib.

Təranənin bu fikrindən sonra oxucu “Başdan ayağa yığmadırlar. Mədəm bulanır” deyərək rəy bölümünə əlavələr edib. Mədəniyyətinə sığınmağın qeyri-mümkün olduğunu görən Səmədova hirsini boğa bilməyərək bir az da hiddətlənib izləyicisinə “Allah sənə pul-para, yaxşı zövq və uğurlu cərrah, kosmetoloq nəsib etsin. Bir qadının başqa bir qadından mədəsi niyə bulansın? Lap bəyənməsə də, niyə çirkin şəkildə bölüşsün fikirlərini? Bəlkə də, hamiləsiniz. Bir test edin” sözlərini yazıb.

Rövşən Tahir