adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
27 Yanvar 2021 12:02
24711
MƏDƏNİYYƏT
A- A+

Qarabağ xanının "Böyük Çin səddi" - Zaur Əliyev yazır

Əfsanəvi Əsgəran qalası

Məlumdur ki, Azərbaycan ərazilərində çoxsaylı qalalar, tikililər mövcuddur. Lakin bir Qala var ki, onun tikintisi Böyük Çin Səddinin üslübunda tikilib və bunu tikən ustalar Çinə səfər edib qalanın eskizini gətiriblər.

Şirvan, Şəki və Dağıstan vilayətləri əhalisi mərhum Pənahəli xanla düşmən olduqlarından ehtiyat üçün böyük oğlu İbrahimxəlil xana vəsiyyət etmişdi ki, əgər fürsət tapmasam, sən bu iki Əsgəran dağının arasında iki qala tikdir ki, düşmən gələn zaman piyada qoşunlarımız bu qalalarda olsunlar. Qalanın inşasının əsası Mehrəli xan Qarabağlı tərəfindən qoyulmuş, İbrahim xan tərəfindən isə davam etdirilərək başa çatdırılmışdır. Qalanın daha dözümlü və müdafiə sisteminin daha güclü olması üçün Mehrəli xan Qalanın tikilntisində iştirak edən memarları (heyf ki, adları heç bir arxivdə yoxdur) Çinə səfərə göndərir. Memarlar Bakıya gəlirlər və burdan dəniz yolu ilə Mərkəzi Asiyanı keçərək Çinə çatırlar. Onlar Qarabağ xanının hədiyyələrini imperator Tsyanlunun naiblərinə çatdırılar və xahiş edirlər ki, onlara imkan yaradılsın və Qalanın esksinizi çəkə bilsinlər.

Onlara izn verilir ki, Çin Səddinə getsinlər. Burada onlar Səddi gəzərək yerli memarlarla görüş keçirilər və geri qayıdılar. Qarabağa qayıdan memarlar Mehrəli xana eskizi təqdim edirlər. Onun razılığını alandan sonra Əsgəran qalasının tikintisinə başlayırlar.

Əsgəran qalası Şuşanın təxminən 24, Xocalının 5 km -liyində və Ağdam şəhərinin 12 km cənubunda Qarqarçayın sağ və sol sahillərində dağ döşündə tikilir.

Əsgəran qalasının sol sahil relyefinin ən uca yerində tikilmiş düzbucaqlı hissəsi iç qalaya bənzəyir. İç qaladan ayrılan iki divar sahilə endikcə bir-birindən aralanır. Oniarı aşağıda sahil xəttinə parallel uzanan qala divarı birləşdirir. Bu ikiqat divar-sədd sahil yamacının ətəyində və zirvəsində olan qalaçaları və ortadakı iki bürcü vahid, möhkəm müdafiə sistemində birləşdirir. Şuşaya — xanlığın mərkəzinə açılan darvaza bu səddədir. Səddin paralel iki divar kimi olması düşmən çay yatağını keçdiyi zaman qala içində olan əsgərlərin bir-biri ilə əlaqəsinə və yaxşı müdafiə olunmasına imkan verirdi. Əsgəran qalasının dairəvi və kvadrat planlı bürcləri icəridə iki və üç mərtəbəli olub daş günbəzlərlə ortülü imiş.

Əsgəran qalası erməni işğalı zamanı bir hissəsi dağıntılara məruz qalır. Ermənilər oranı təmir etməyə çalışsalar da əvvəlki kimi onu bərpa edə bilmirlər. 1 kilometrə qədər uzunluğu olan qalanın tarixi Azərbaycan konfiqurasiya dəyişdirilib, tikinti aparılan ərazidə dərin çalalar əmələ gəlib. Ermənilər Əsgəran qalasını özünküləşdirmək naminə tarixi abidənin görkəminə ciddi zərər vurublar. Qeyd edim ki, hələ də Əsgəran qalası erməni işğalında qalmaqdadır və inanırq ki, tezliklə ora da Azərbaycanın nəzarət altında olacaq

Dosent Zaur Əliyev