adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
27 Yanvar 2021 12:30
35054
MƏDƏNİYYƏT
A- A+

Muzeylərə giriş 10 mantdır - Mirsəməd Cəfərli yazır

Muzeylərin açılmasına burda bir xeyli şəbədə qoşuldu.

Sonra bir xeyli adam da muzeylərin açılması xəbərindən məsxərə çıxaranları qınadı ki, bəs muzeylər mədəniyyət ocaqlarıdır, gənc nəslin dünyagörüşünün, estetik zövqünün formalaşmasında müstəsna rol oynayır.

Mən iki ay əvvəl işlə əlaqədar Xalça muzeyinə getmişdim. İşçilərdən soruşdum muzeyə gələn var?

Dedilər vallah yox, əvvəl xarici turistlər vardı, onlar gəlirdilər, indi onlar da yoxdur.

Dedim bəs niyə?

Cavab verdilər ki, girişin qiyməti 10 manatdır. Hər adam o qədər pul verib, xalçalara baxmaq istəmir.

Dostlar sizə də elə gəlmirmi ki, 10 manat bahadır?

Dörd nəfərlik ailə glib 40 manat pul verməlidir ki, xalçalara baxsınlar...?

Yerli əhali üçün bunun qiymətini aşağı salmaq olmazmı...?

O biri muzeylərimizdən xəbərim yoxdur!

P. S. Amma muzeydə unikal xalçalar var