adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
01 Fevral 2021 10:50
42763
ƏDƏBİYYAT
A- A+

Qoluna girən qəlpə ürəyindən çıxarıldı

Vətən müharibəsinin qaziləri

Yaşatmaq ifadəsinin fəlsəfi yozumuna yaxından bələd olanlar inanır ki, bir ömür yüzlərlə ömürdə yaşadıldığı kimi (buna qəhrəmanlar, şəhidlər qadirdi), bir ömürdə yüzlərlə ömür yaşatmaq da mümkündü (ömrü ölümdən qaytarmağa qadir olan təbiblər, loğmanlar, uzmanlar kimi). Əsgər ömrünə belə sayğının, ehtiramın yozumu, mahiyyəti  Vətənə xidmətdi 

Vətən müharibəsində Vətən sevgisi – Vətənə sevgi hamını əsgərləşdirdi. Döyüşənlər komandirinin əmrini, döyüşdən iraqlar – uzaqlar ürəyinin hökmünü yerinə yetirirdi; döyüşlər başlayanda bu hökm əmr qüdrətində idi. Vətən müharibəsini ürəyinə köçürənlər bilir ki, döyüşənlərə mənəvi dəstək əsgərləşməkdi. Müharibə döyüşlərdi, döyüşlər yaralanma ehtimallarıdı; müharibədə yaralının müalicəsinə, sağalmasına, əməliyyatına cəfakeşlik də əsgərləşməkdi. Vətən müharibəsində ürək-damar uzmanı Anar Əmrah belə əsgrləşmişdi...

Vətən müharibəsində yaralananlar da oldu. Döyüşçü ürəyini deşib keçən, deşib ürəyində qalan qəlpələri çıxartmağın mahiyyəti də ağır döyüşdü – cərrahın ölümlə döyüşüdü. Cərrahlar bu döyüşə borcödəmə deyirlər. Belə  borcödəmə həm vətəndaşlıq borcu kimi, həm Vətən borcu kimi, həm də bəşəri borc kimi yerinə yetirilir. Bu, yaşatmaq mübarizəsidi (yox, mübarizəsi deyil, döyüşüdü!).

Vətən müharibəsi başlayanda Silahlı Qüvvələrin Mərkəzi Klinik Hospitalıının rəhbərliyinə müraciətlə köməyini təklif edən, Vətən mühribəsi müddətində 100-ə qədər əməliyyat aparan, yəni 100-ə qədər hərbçimizi ölümdən geri döndərən ürək-damar uzmanı Anar Əmrahın yaşam fəlsəfəsi belədi: yaşatmaq, ölümə ölüm hökmü kimi cərrahiyyə əməliyyatını ömrün davamı et-mək. Müqəddəs niyyətlilər günümüzə (deməli, sabahlarımıza!) düşən mənəvi işıqdı. Dum-duru niyyətiylə dumduru ömür yaşayan uzman Anar Əmrah cərrahiyyə əməliyytından sonra heç zaman təəssüf yaşamayıb...

İndiyəcən apardığı əməliyatların mahiyyətini, çətinliyini, ağırlığını, bəzən mümkünsüzlüyün mümkünləşdirildiyini xatırlasaq, Tanrının mərhəmətiylə belə əməliyyatların sonluğuna – nəticəsinə Anar Əmrahlıq deyərdim. Son illərdə təbabətimizə, cərrahiyyəmizə bələd olanlar, bələd olanlara inananlar bu qənaətimə görə məni qətiyyən suçlamaz. Silahlı Qüvvələrin Mərkəzi Klinik Hospitalında əsgər Cahid İbişovun (güllə ürəyini deşmiş, ürəyin arxa divarında qalmışdı), mayor Kamran Həmidovun (qəlpə ürəyini deşib keçmiş, aorta damarını dağıtmış, ağ ciyərini zədələyərək orda qalmışdı), gizir Ramil Babaşovun, daha yüzə qədər yaralanmış hərbçimizin əməliyyatıdı zəmanətim. Əsgər Fuad Rəsulovun ürəyində aparılan əməliyyat da belə əməliyyatlardandı...

2016-cı ilin aprel döyüşləri başlayanda Fuad Rəsulov Azərbaycan İqtisad Universitetinin tələbəsi idi. O qədər də uzaqda olmayan 2016-nın aprel ayının ovqatı hamımıızın yaddaşındadı. Tələbələr döyüşlərə can atırdı – torpaqlarımızın işğaldan azad edilməsi üçün döyüşmək istəyirdi. Hamısı zamanı qabaqalyıb hərbi xidmətə getməyə, döyüşən ordumuzun sırasında olmağa niyyətliydilər. Fuad Rəsulov da onların sırasında; yüksək vətənpərvərlik duyğusu olsa da tələbələrin istəyi yerinə yetirilmədi. Ordumuzun yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik olan şəxsi heyəti düşmənin təxribatının qarşısını almağa, Ali Baş Komandanın əmri ilə döyüşləri davam etdirməyə, qələbə qazanmağa qadir olduğuna görə...

Aprel döyüşləri çağırışçıların da, gənclərin də dünyaduyumunun “yolgöstərəni” oldu; yeniyet-mələr daha tez böyüməyə, çağırışçılar heç zaman unudulmayan, unudulmayacaq Bağanıs Ayrım, Meşəli, Qaradağlı, Xocalı faciələrini xatırlayıb da hərbi xidmətə tələsirdilər. Hamısı bilirdi ki, Lələtəpənin sağından-solundan keçən yollar Şuşaya aparacaq. Çağırışçılar əsgər kimi bu yollarla döyüşə-döyüşə Cıdır düzünə çatmaq əmri alanların sırasında olmağı arzulayırdı. Fuad da onlar kimi düşünürdü...

Hərbi xidmətdəydilər...

Çağırışçı olanda torpaqlarımızın işğaldan azad edilməsini necə arzulayıırdılar! Bunun icra-çıları olacaqlarını düşünəndə şükranlıqla bir-birinə, hamısı komandirlərinə baxırdı; Ali Baş Komandanın döyüş əmrini daha dönməzliklə gözləyirdilər, o döyüşlərin iştirakçısı olmaq niyyətiylə, işğalın sonlanacağına inamla...

2020-ci il sentyabrın 27-də düşmən bir neçə istiqamətdən müxtəlif növ silahlardan, ağır artilleriyadan istifadə etməklə təmas xəttindən ərazilərimizə hücum etdi. Ordumuzun bölmələri hücumun qarçısını qətiyyətlə aldı. Ali Baş Komandanın əmri ilə ordumuun əks-hücum əməliyyatı Vətən müharibəsi kimi davam edirildi. Ordumuzun şəxsi heyətinni döyüş əzmi, qələbə ruhu ilk döyüşlərdən ordunun gücünə, qüdrətinə çevrildi.

Fuad Rəsulovun xidmət etdiyi bölük də döyüşlərə cəlb edildi...

Madagiz (Suqovuşan) döyüşləri başa çata-çatmaz onların bölüyünü Mərgüşəvana göndərdilər; Ağdərəyə hücum burdan başlayacaqdı...

“Ağdərə ətrafındaydıq. Hücum ərəfəsində komandirimiz bizə Ağdərənin 1992-ci il iyulun 4-də ermınisizləşdirildiyini, Gəncə qiyamından sonra ermənilərin Ağdərənin yenidən işğal etdiyini dedi. “Biz Ağdərəni işğaldan azad edəcəyik. Həmişəlik azad edəəcəyik. Bir də ora erməni ayağı dəyməyəcək, komandir!”, – döyüşçülərdən biri belə dedi. Bu, hamımızın döyüş andımız oldu...”, – əsgər Fuad Rəsulov aylar sonrası o günü belə xatırlayır...

...Oktyabrın 21-i idi...

Düşmən ciddi müqavimət göstərirdi. Müqavimət göstərə-göstərə döyüşçülərimizin mövqelərini minaatanlardan atəşə də tuturdu. Atəş intensiveliyi zəif olsa da hücumun gedişinə təsir göstərirdi. Atəş bir qədər zəlifləyən kimi döyüşçülərimizə hücum əmri verildi. Atəş aça-aça düşmənin mövqelərinə yaxınlaşmaqdaydılar. Qəflətən yaxınlıqlarına mərmilər düşdü...

Mərmi qəlpələri əsgər Fuad Rüstəmovun ayaqlarını, sol qolunu yaraladı. Fuad özünü toparlayıb geri çəkilməyə başladı. Getdikcə gücü azalırdı...

Əsgər Fuad Rəsulov Ağdama, ordan Ağcabədiyə təxliyə edildi. Ona ilkin yardım göstərildi...

...Ayaqlarının yaraları qaysaqlamağa başladı...

Baş ağrılarına, ürək nahiyyəsində ağrılara görə müayinəyə gedib. Müayinə edən həkim heyrətlə Fuada baxıb. Onu rentgenə göndərib...

Silahlı Qüvvələrin Mərkəzi Klinik Hospitalında aparılan nəzarət müayinəsi həkimin təxminini təsdiqlədi: əsgər Fuad Rəsulovun ürəyində qəlpə var. Sol qolundakı qəlpə aylar sonra ürəyinəcən çatıbmış, ürəyindəymiş. Fuad bundan xəbərsiz olub...

Təcili əməliyyat olunmalıydı Fuad.

Əməliyyatı Vətən müharibəsi dövründə apardığı əməliyyatların davamı kimi ürək-damar cərrahı Anar Əmrah apardı...

Döyüşçünün döyüş ərəfəsində düşündükləri ilə cərrahın (həm də ürək-damar cərrahının) da əməliyyatdan əvvəl düşüncələri arasında mətləb eyniliyi olur: Vətən, torpaq, qələbə...

“Az qala üç ay əsgərin damarlarında gəzişən qəlpə ürəyini deşmişdi, ürəyindəydi. Çox qalsa ölümlə də nəticələnə bilərdi. Təcili əməliyyat aparılmalıydı. Əməliyyatdan əvvəl əsgərlə söhbətləşmişdik. Döyüşdən, döyüşənlərdən, yaralananlardan, şəhidlərdən, qələbədən danışmışdıq. Ürəyindəki qəlpədən söz açmadım. “Yenidən xidmət edə biləcəksən, əsgər qardaşım” – dedim. İnandığım, inandırmaq istədiyim fikir Fuadın baxışlarına sərilmiş narahatlığı kürüdü...”, – uzman cərrah Anar Əmrah Fuadla əməliyyatqabağı kəlmələşməsini belə xatırlayır...

Bir də döyüşçü ömrünü düşünür cərrah; döyüşçü ömrünü düşünmək, döyüşçünün ömrünün yaxasından yapışmaqda olan ölümü öldürmək. Yəni Vətəni, torpağı, qələbəni düşünmək deməkdi. Bu, cərrahın (konkret olaraq Anar Əmrahın) yaşama (yaşatma) fəlsəfəsinin tərkib hissələrindəndir.

“Ürək-damar cərrahı Anar Əmrah haqqında eşitmişdim. Anam onun loğmanlığına, uzmanlığına yaxşı bələdmiş. Anamın “Anar Əmrah ürəyindəki qəlpəni çıxardacaq, oğlum. Tanrının bizə lütfüdü ki, cərrahın Anar Əmrah oldu...” demişdi. “ –  Fuad belə dedi. Baxışlarını pərdələyən şükranlığı düşüncələrimin salavatı bildim: bu kəlmələr təkcə ana təsəllisi deyildi. təsəlli kimi səslənən gerçəklik, gerçəkliyi qabaqlayan ana duyumu olub”, – dedim.

Fuadın ağrıları sovuşub.

Azərbaycan respublikasının Prezidentinin sərəncamı ilə Vətən müharibəsində təltif edilənləri sırasında Fuad Rəsulov da var…

 

Rəşid Faxralı