adalet.az header logo
  • Bakı 13°C
01 Fevral 2021 16:38
47567
ŞOU-BİZNES
A- A+

Cem Yılmaz və Serenay Sarıkaya barışdılarmı?

Uzun müddətdir, birlikdə olduğu Serenay Sarıkaya ilə münasibətini bitirən Cem Yılmazın sosial mediadakı bir paylaşımınının Serenay tərəfindən bəyənilməsi Türkiyə mediasında gündəm oldu. Aralarında yenidən nələrinsə yaşadığına dair yazılar mətbuatda yer aldı, manşetlər Cem Yılmaz və Serenay Sarıkaya ilə bəzəndi. Onlar barışıblarmı?

Ötən gün müalicədən qayıdarkən Türkiyəli müxbirlər Cem Yılmazın qarşısını kəsərək ondan Serenay ilə barışıb-barışmadıqlarını soruşublar. Jurnalistlərin suallarına cavab olaraq Yılmaz “Xeyr, barışmadıq” cavabını verib.

Qeyd edək ki, məşhur komediya aktyoru Cem Yılmaz ilə Serenay Sarıkaya 2019-cu ilin noyabr ayında sevgili olduqlarını açıqlamışdılar. Karantin günlərini birlikdə keçirən sevgililər 2020-ci ilin oktyabr ayında ayrılıblar. Cütlük o gündən bu tərəfə heç bir yerdə bir araya gəlməmiş və bu barədə heç bir şey də danışmamışdılar. Ancaq Serenayın Cem Yılmazın paylaşımını bəyənməsi ilə gündəm dəyişmiş, Sarıkayanın bu hərəkəti insanların beynində “Barışdılarmı?” sualını formalaşdırmışdı.

Onu da əlavə edək ki, Cem Yılmaz “instagram”da Serenayı izləmədən çıxarsa da, Serenay onu izləməyə hələ də davam edir.

Rövşən Tahir