adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
01 Fevral 2021 17:04
50297
ŞOU-BİZNES
A- A+

Aygün Kazımova kişiləri qorxaq adlandırdı

“Xəyanəti bağışlamamışam. İlk dəfə mənə xəyanət ediblər və bir dəfə ediblər, onu da bağışlamamışam. Bunu hamı da bilir. Qürur, xəyanət, sədaqətsizlik başqa-başqa anlayışlardır. O, mənə xəyanət etdi və mən onu bağışlamadım. Ən önəmli olan şey inamdır”.

Adalet.az saytı xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova “ATV Maqazin Onlarla” verilişində qonaq olarkən səsləndirib:

“Kimsə sənə sədaqətli deyilsə, xəyanət edirsə, vay o münasibətə. İki nəfərdən ibarət olan münasibətdə xəyanət baş verirsə, o bitir. Məndə də elə oldu və mən bağışlamadım. Çox da xoşbəxtəm ki, bağışlamadım”.

Xəyanətdən danışan Xalq artisti rəsmi şəkildə boşanıb-boşanmaması ilə bağlı sualı da cavablandırıb:

“Hansısa sənədimdə “evli” yazılıb. Neçə il bundan qabaq olardı, mən idim, Faiq Ağayev idi, Zülfiyyə Xanbabayeva idi, Samir Bağırov idi ki, bir verilişdə yer almışdıq. Həmin proqramda evlilikdən söhbət düşdü, orada da söyləmişdim ki, indiyədək ayrılmamışam”.

Bundan sonra onu qısqananların olduğunu da deyən Kazımova səsləndirdiyi fikirlər ilə gündəmi alt-üst edib:

“Məni daha çox xanımlar sevir. Çox xanımlar var ki, mənə sevgi mesajları yazıb sevgilərini etiraf edirlər. Məsələn, yazırlar ki, Aygün xanım, siz bizim həyatda stimulumuzsunuz. İnanın ki, sizi TV və ya sosial şəbəkələrdə görəndə, hansısa mahnınızı eşidəndə yaşamaq istəyirik. Durub geyinib-keçinib evdən çıxmaq istəyirik.

Kişilər də məni sevirlər, söhbəti yox. Amma onlar qorxurlar, etiraf edə bilmirlər. Nə zamana gəldik ki, kişilər nə qorxaq oldu?! Necə olur ki, sən bir qadını sevəsən və sən o sevgini içində saxlayasan, dilə gətirib deyə bilməyəsən. Mən güclü qadınam. Hansısa bir kişinin mənimlə dostluq etməsi üçün o, məndən güclü olmalıdır. Mütləq güclü olmalıdır. Mən səhnədə başqa, həyatda başqa Aygünəm”.

Xanım müğənni illər öncə intihar etməsi ilə bağlı açıqlama da verib:

“Möcüzəli bir şəkildə qurtuldum. Bu barədə danışmaq istəmirəm, amma intihar olmuşdu. Həmişə dostlarıma deyirəm ki, çalışın, yıxılmayın. Bunu niyə deyirəm? Mənim həyatımda bu hal olub. Ayağa qalxandan sonra çevrilib görürsən ki, səni itələyən kimdir. Bax o mənzərə çox ağırdır”.

Rövşən Tahir