adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
02 Fevral 2021 16:07
75598
ŞOU-BİZNES
A- A+

Feyza Özcana nota yolladı: “Övladım üçün burdayam”

Feyza Aktan 2019-cu ildə boşandığı məşhur aktyor Özcan Denizin övladı ilə bağlı ona qarşı açdığı məhkəmədə ifadə verdi. Məhkəmədən sonra media nümayəndələrinə açıqlama verən Aktan “Uşağımın mənimlə qalmasını istəyirəm. Ona görə də burdayam” deyib media vasitəsilə keçmiş həyat yoldaşı Özcan Denizə nota yolladı.

Jurnalistlərin bir-bir suallarını cavablayan Feyza sakit qalıb məhkəmə işinin bitməsini gözlədiyini dilə gətirdi:

“Onsuz da danışacaq çox şey yoxdur. Məhkəmə prosesi hələ də davam edir. Bununla bağlı heç bir açıqlama verə bilmərəm. Məhkəmənin bitməsini gözləyirəm”.

Özcan Denizin həbs olunmasını istəyən Aktan jurnalistin “Özcan bəy uşağı sizdən almaq istəyirmi?” sualına “bəli” cavabını verib hər şeyi vəkilinin ixtiyarına buraxdığını bildirdi: “Vəkilim məhkəmənin uşağımız üçün ən yaxşı qərar verəcəyinə inanır. Övladımın mənimlə qalması üçün burdayam”.

Feyza Aktan jurnalistlərin “Özcan Deniz sizə şiddət göstəribmi?” sualına isə cavab verməyib.

Qeyd edək ki, bir neçə gün öncə Feyza Özcan Deniz barəsində şok iddialar səsləndirmiş, evli olduğu zaman Özcanın ona şiddət göstərdiyini bildirmişdi.

Rövşən Tahir