adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
02 Fevral 2021 16:55
38518
ANALİZ
A- A+

“Özümü çatdıra bilmədim” - Vüsalə anasından yazdı

“Köksünə başımı sıxıb o qədər ağlayaram ki...Yoxluğuna alışa bilmirəm. Kədərli gözlərinin bir gün yalnız şəkildən mənə baxacağını heç ağlıma gətirmirdim. Bəlkə, mən sənə sağlığında layiq olduğunu verə bilmədim. Hər canın ağrıyanda dərmanın oldum, yalnız bir dəfə çatmadım, özümü çatdıra bilmədim sənə. Onda da tərk edib getdin məni”.

Adalet.az saytı xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Kərimova sosial media hesabında anası haqqında yazıb:

“Bəlkə də, sənə çatmadım deyə küsdün məndən. Gözləmədin. Mənə o uzun yol yoldaşı olduğumuz gecələrdə söz vermişdin axı, ana? “Səni mən doğmuşdum, məni də sən doğdun” deyirdin mənə. Noldu bəs? İnsan “ana”sını yalnız qoyarmı? Mən sənin yenidən doğulmağın üçün nələrdən keçməzdim ki, anam. Məni çox sevirdin, sənin sevgidən doğulan payın idim. Niyə məni səndən məhrum etdin? Sənsiz necə yandığımı bilsən, gedərdinmi? Çox darıxmışam, ana”.

Qeyd edək ki, Vüsalə Kərimovanın anası 24 dekabr tarixində uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişib.

Rövşən Tahir

 

Digər Xəbərlər