adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
03 Fevral 2021 09:51
33779
MARAQLI
A- A+

İspaniyada buğa qaçışları ləğv olundu

İspaniyada məşhur buğa qaçışları ləğv olunub.

“İnterfaks” xəbər verir ki, ölkənin Navarra muxtar vilayətinin yerli hökuməti artıq ikinci ildir ki, San-Fermin festivalını ləğv etməyə məcbur olur. Buna səbəb isə əlbəttə ki, bütün dünyanı öz cənginə alan koronavirus pandemiyasıdır.

Muxtar vilayətin başçısı Mariya Çivite bildirib ki, milyonlarla insanın iştirak etdiyi buğa qaçışlarının təşkili bu il də mümkün olmayacaq.

Qeyd edək ki, Sen-Fermin festivalı hər ilin iyul ayında Pamplona şəhərində keçirilir və doqquz gün davam edir.

Festivalın ən maraqlı hissəsi sayılan buğa qaçışlarında istənilən şəxs iştirak edə bilər. Qaçışlar başlayarkən 12 buğa 850 metr məsafədən insanların üzərinə şığıyır.

Qaçışların keçirildiyi 1924-cü ildən bugünədək 12 şəxs aldığı yaralardan vəfat edib.