adalet.az header logo
  • Bakı 18°C
03 Fevral 2021 10:07
35964
ƏDƏBİYYAT
A- A+

ƏBÜLFƏT MƏDƏTOĞLU: BAŞLAYIR...

"Bir qadına..."  silsiləsindən

Deyə bilərsən mənə
Günüm  hardan başlayır?!
Qışım  şaxta, sazaqdan -
Yoxsa, qardan  başlayır?

Dincliyim, həm dirliyim
Bütövlüyüm - birliyim...
Kədərlə fənd girliyim -
Ahu-zardan başlayır!..

Gözün  bulud  yığması
Dişin dili sıxması...
Ürəyin tıncıxması -
Yaxa , - dardan başlayır...

Allahın yazdığıdı
Möhür tək basdığıdı...
Sinəmdən asdığıdı -
Ömür - yardan  başlayır...