adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
03 Fevral 2021 14:04
45936
MARAQLI
A- A+

Daşnaksütyun partiyasının edəcəyi bir iş yoxdur - Ermənistanın baş nazirinin 1923-cü il məruzəsi

əvvəli burada

7. 1917-ci ilin sentyabrının son günlərində Tiflisdə erməni qurultayı təşkil olundu. Özünüidarəetmə orqanı olan Mərkəzi Milli Şura quruldu. Bu Milli Şura daha sonra Cənubi Qafqazda yaşayan erməni xalqının adından hərəkət etdi və bütün millətin səlahəyyətli təmsilçisi oldu.

Həm konqresdə, həm də idarə ilə şurada aparıcı rolunu Daşnaksütyun oynadı.

8. Eyni ilin sonlarında Cənubi Qafqazda Bütün Rusiya Qurucular Məclisinə üzv seçkiləri başladı.

Seçkiqabağı kampaniyalara qatılan partiyalardan Menşevik Sosial Demokratlar 12, Müsavat 10, Daşnaksütyun 9 yer əldə etdi, digər partiyaların əldə etdiyi yer isə önəmsiz idi.

Bu üç partiya siyasi ağırlıqları etibarı ilə gürcülər, tatarlar, ermənilər olaraq bölünən üç böyük xalqı təmsil edirdi. Bu seçkilər erməni xalqının ən güclü, daha doğrusu yeganə güclü və təşkilatlanmış partiyanın Daşnaksütyun olduğunu ortaya qoydu.

9. Bütün Rusiya Qurucular Məclisi bir yerə yığışıb görüş keçirə bilmədi. Oktyabrda Bolşevik inqilabı baş tutdu. Sankt-Peterburq və Moskvada zəfər qazandı. Sovet sistemini elan etdi və bujua meyilli olduğunu düşündüyü Qurucular Məslisinin toplanmasına icazə vermədi.

Cənubi Qafqaz Fevral İnqilabına sadiq qalaraq Sovet hegemonluğunu və Sovet rejimini tanımadı.

Niyə?

Çünki bizim bu kənar bölgə partiyalar geniş bazalı demokratiya platfomasını seçməkdə idilər və bu səbəbdən sinif, xüsusilə də partiya diktatorluğunu qəbul edə bilməzdilər. Bununla yanaşı ölkənin tam bir sosialist, hələ kommunist rejim üçün yetişmədiyini düşünməkdə idilər (Müsavat partiyasında sosializm adına heç bir şey yox idi).  Erməni İqqilabçı Partiyası Daşnasütyunun sosialist qətiyyəti səthi olub, partiya kütlələri arasında dərin kökləri yox idi. Gürcü menşeviklər arasında isə millətçi anti-rus axın güclü idi.

İkincisi, Cənubi Qafqazın siyasi həyatında havanı müəyyən edən gürcü menşevikləri, bolşeviklərdən  qopmuşdular və onlara qarşı idilər.

Öz ehkamlarına və partiyalarının ənənəvi siyasi xəttinə sadiq qalan menşeviklər öz rus toldaşlarının Rusiyada izlədikləri siyasətləri bizdə də izləməkdə idilər. Bakını ələ keçirmək istiqamətində coşqun bir istək içində olan və Pantürkizm ideallarına qapılan Müsavat isə Rusiyadan tez-bazar ayrılmaq istəyirdi.

Daşnaksütyun Bakıda tatar hegemonluğunun qurulmasından ehtiyat edərək yerli bolşeviklərlə sıx əlaqələr qurmağa başlamışdı və onlara yardım edirdi. Tiflisdə isə gürcü və tatarlara laqeyd qala bilmir və bolşevik siyasətini tətbiq edə bilmirdi. Bunu istəsə belə bacara bilməzdi. Fəqət istək də yox idi, çünki bolşevik ideologiyası və taktikaları cəzbedici deyildi.

Partiyamız qismən içəridəki qənaətlərin, qismən də xarici amillərin təzyiqi altında bolşevizm tərəfdarı mövqeyində yer almaqda idi.

10. Yoldaşlarımızın Bakıda sərgilədikləri orta və məcburi mövqeyini də burada xatırlatmağımız gərəkdir. Onminlərlə proletariyası və güclü işçi sinifləri olan səmnayə şəhəri Bakı bolşevizmin inkişaf etməsi baxımından daha uyğun imkanlara sahib idi. Bütün Güney Qafqazda ora inqilabın ilk günlərindən etibarən bolşeviklərin etibarlı bir sığınacağı və sağlam bir dəstək tapa bildiyi tək bölgə idi. Bakı Oktyabr İnqilabından sonra belə Cənubi Qafqaz Komissarlığının hegemonluğunu rəsmi olaraq inkar etmirdi. Gerçəkdə isə idarəçilik ikiyerli orqanın – Sosial Təşkilatlar Soveti ilə İşçi Təmsilçiləri Sovetinin  əlində idi.

Bunlardan birincisində bolşevik tərəfdarı axınlar, ikincisində isə bolşeviklər hakim idi.

Partiyamızın hər iki orqanda təmsilçiləri vardı. Bir-birindən müstəqil və fərqli qətiyyətdə olan bu orqanlar arasında açıq bir hakimiyyət mübarizəsi davam etməkdə idi.

İlk dövrdə Sosial Təşkilatlar Soveti güclü idi. Burada mülayim sosialistlər ilə liberal burjuaziya bolşeviklərə qarşı səssizcə bir blok yaratmışdılar. İşçi Təmsilçiləri Soveti isə gündən-günə güclənməkdə idi və 1918-ci ilin yanvar ayına gələndə isə artıq vəziyyətə hakim idi.

Bu Soveti bolşeviklər idarə etməkdə idi. O zaman bolşeviklər vacib bir güc deyildi. Uğurları əsasən qarşı cəbhədəki etibarsızlıq mühitində qaynaqlanmaqda idi. Sadəcə iki partiya – Müsavat ilə Daşnaksütyun bolşeviklərə qarşı ortaya gerçək bir güc qoya bilərdilər. Fəqət bolşevizmə qarşı mübarizədə uğur qazana bilmək üçün bu iki partiyanın ittifaq qurması lazım idi. Halbuki bu ağlasığmaz bir şey idi. Çünki qarşılıqlı etibardan söz belə gedə bilməzdi. Daşnaksütyun anlayırdı ki, onun Müsavata dəstəyi sadəcə bolşevik təhdidi və təhlükəsi var olduğu üçün lazımdır. Bolşevikləri zərərsizləşdirdikdən sonra Müsavat ikinci planda Daşnaksütyunu siyasi səhnədən silmək məcburiyyətində idi. Heç şübhəsiz silahlı Daşnak dəstələrinin yardımı ilə Müsavatı yox etdikdən sonra bolşeviklər də eyni cür davranacaqdılar. Bakı erməni camaatına görə Müsavat diktatorluğuna nisbətdə bolşevik diktatorluğu daha məqbul idi.

Bakıda bizimkilərin bolşevik hərəkatlarına gedərək daha da qapılmaqları və bu hərəkatın bir növ əsası olmaları bununla izah oluna bilər.

Biz Tiflisdə özümüz istəmədən gürcü menşeviklərin hegemoniyası altında girdiyimiz kimi, Bakıda da bolşeviklərin təsiri altında idi. Hər iki halda bizi buna sürükləyən türk-tatar təhdidi idi. Bolşeviklər bizim dəstəyimizi alaraq Bakıda Müsavatı darmadağın etdilər (Mart, 1918); biz isə bolşeviklərin rus ünsürlərinin yardımı ilə Bakını türk-tatar hücumundan qoruya bildik.

Daha sonra yenə bizim cəhdlərimizlə İrandan ingilis dəstələri dəvət olundu. Bu, bolşeviklərin Rusiyaya qaçmaq üşün hazırlaşdığı və artıq gəmilərə yerləşdikləri ən son dəqiqələrdə gerçəkləşdi.

İngilislər Bakıya əsaslı şəkild yerləşə bilsəydilər, hadisələrin sonu bəlkə də fərqli ola bilərdi. Amma ingilis dəstələrinin sayca azlığı xalqa güc vermədi, onlar qayıqlara oturub  İrana geri döndülər.

Biz təkbaşına qaldıq. İngilisləri izləyərək İrana qaçmaqdan başqa bir şey edə bilmədik.

Bu zamana qədər Gəncədə olan Azərbaycan höküməti türk hərbi dəstələri və silahlı xalqla bərabər Bakıya girdi. Erməni xalqı vəhşiliklə qətlə yetirilməyə başlandı. Eynən Mart ayında Bolşevik-Müsavat qarşıdurması ərəfədində müsəlman xalqın qətl edildiyi kimi (daha kiçik çapda).  

Bu hadisələr Ermənistan xaricində tatar bölgələrindən birində cərəyan edirdi. Fəqət bizim siyasi vəziyyətimizə yansımaqda, bu vəziyyəti qarışıq hala gətirməkdə və çətinləşdirməkdə idi.

Tatarlar davamlı olaraq türkləri bizə qarşı qaldırır, tezliklə Bakıya girə bilmək üçün onların hücumunu sürətləndirirdilər. Bu məqsədlə Mart hadisələri mövzusunda ustalıqla spekulyasiya edərək bu hadisələri bütünlükdə ermənilərə boynuna atırdılar. Təbii ki bizimlə bolşeviklər arasındakı təmaslar gürcülərin xoşuna gəlmirdi. Onlar bizə yuxarıdan-aşağı baxır, Cənubi Qafqazın qapılarını rus bolşeviklərə aça bilmək üçün fürsət axtardığımızı düşünürdülər. Bununla yanaşı aşiq-məşuq olduqları almanların Tiflisdə olduqları mühitdə ingilis dəstələrin Bakıya gətirilməsini, gürcü-alman-türk-tatar siyasətlərinə bir xəyanət olaraq dəyərləndirirdilər.

Bakıda izlədiyimiz siyasətin nəticəsində qonşularımız bizi müstəqil müttəfiqlər kimi görməyə başladılar. Bakıdakı yoldaşlarımız isə Bakıdakı vəziyyətlərini yaxşılaşdırara və türk-tatar dəstələrini Bakıya çəkərək Ermənistanın geriyə qalan qismini türk hücumlarından qoruya biləcəklərini düşünür və öz siyasətlərini bu yöndə inkişaf etdirirdilər.

Hadisələrin xronoliji sıralanmasına qayıdıram.

11. 1917-ci ilin noyabrının sonlarından rus ordusunun əhvalı korşalmağa və əsgərlər Qafqaz cəbhəsindən qaçmağa başladı. Cəbhə qorxunc bir sürətlə çökməkdə idi.

Yanvarın sonralarında ordu artıq yox idi. Lazımsız erməni dəstələrinin vəzifəsi ordudan geriyə qalan artıqlarla birlikdə Ərzurum xəttini qorumaq idi.

12. Cənubi Qafqazın vəziyyəti olduqca təhlükəli bir forma almaqda idi.

Bolşevik inqilabı və gündən-günə yayılmaqda olan daxili müharibə  kənar bölgələri Rusiyadan qoparmışdı.

Kerenskinin başçısı olduğu Müvəqqəti Hökümət adına idarəçiliyi əlində tutan Komissarlıq bu Müvəqqəti Hökümət qüvvədən düşəndən sonra ayaqları altındakı zəmini itirdi. Xalqın gözündə söz sahibi olan və dövlət işlərini müstəqil olaraq idarə edə bilən yeni bir hakimiyyətin qurulması lazım idi. Belə bir hakimiyyət Cənubi Qafqaz Seymi və onun höküməti olaraq quruldu.

Seyç Bütün Rusiya Qurucular Məclisinin Cənubi Qafqazlı təmsilçilərindən ibarət (sayları üç dəfə artıq) olaraq yaradıldı. Beləcə Seymdə menşeviklər (Gürcüstan) 36, Müsavat (Azərbaycan) 30, Daşnaksütyun (Ermənistan) 27 yerə sahib oldu.

Seym Cənubi Qafqazın təbii və mübahizəsiz paytaxtı olan Tiflisdə toplandı.

10 fevral 1918-ci il tarixli ilk baş məclisdə komissarlığın fəaliyyət məruzəsi açıqlandı və komissarlığın istefası qəbul edildi. Daha sonra Seym bölgəmizlə Rusiya arasında əlaqələrin kəsildiyini və bu əlaqələrin yenidən nə zaman yaradılacağının bilinməməsinə diqqət çəkərək Cənubi Qafqaz Demokratik Cümhuriyyətinin müstəqilliyini və özünün də bölgədə qanunverici təsirini əlində tutan tək qurum olduğunu elan etdi. Bu çevrədə Y. Gegeçqoriyə (gürcü menşevik) Seymə qarşı cavabdeh olan müvəqqəti hökümət (nazirlər kabineti) qurmaq vəzifəsi verildi.

Bu, Rusiyadan ayrılmaq mənasına gəlmirdi. Yalnız hazırkı vəziyyətini əks etdirib müvəqqəti məna daşıyırdı. Beynəlxalq baxımdan Cənubi Qafqaz Rusiyanın ayrılmaz hissəsi olaraq qalırdı.

ardı var...

Dilimizə uyğunlaşdıran: Eminquey