adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
03 Fevral 2021 16:44
125847
ŞOU-BİZNES
A- A+

“Ailəli ola-ola min hoqqadan çıxmamışam” - Aysel İbrahimova

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu aktrisa Aysel İbrahimova uzun müddətdir, birlikdədir.

Adalet.az xəbər verir ki, cütlük artıq evlənib. Bu barədə aktrisanın özü “instagram” hesabında məlumat verib:

"Biz artıq evliyik. 2021-ci ildə evləndik. Heç kimin xoşbəxt ailəsini dağıtmamışam. Dağılmış ailəni necə dağıda bilərəm? Bu mənim nə insanlığıma, nə də xanımlığıma yaraşan bir işdir. Mövzu haqqında heç bir fikrə sahib olmadan tənqid etdiyiniz zaman övladlarınızın gələcəyini, qohum və tanışlarınızda boşanmış xanımları düşünün. Kimin ailəsinin nəyə görə dağıldığını bilmədən ağzınıza gələn rəyləri yazırsınız. Heç kim boşuna, kefindən ailəsini dağıtmır.

Pis bir iş görməmişəm, ailə qurmuşam. Boşananı bir cür qınayırsınız, evlənəni də bir cür. Ailə qurmuşam, nə günah iş görmüşəm ki? Bəziləri kimi ailəli ola-ola min hoqqadan çıxmamışam ki... Cəmiyyətdə xəyanət edən qadınları, uşaqlarınıza pis örnək olan insanları qınamalısınız, ailə quranları yox.

Evlilik təklifi almışam, boşanma səbəbini bilmişəm, daha sonra tanıyıb razılıq vermişəm. Elçilik olub, qohumları gəliblər, valideynlərimdən istəyiblər, daha sonra nişan və nikah baş tutub".

Qeyd edək ki, bu evlilik Hüseyn və Ayselin ikinci nikahıdır.

Rövşən Tahir