adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
03 Fevral 2021 21:33
37559
MARAQLI
A- A+

Xəyanətin qisası belə alındı - VİDEO

Vaşinqtonlu qadının onu aldadan sevgilisindən qisası ilə bağlı görüntüləri “TikTok”da böyük populyarlıq qazanıb.

Bu barədə “Daily Mail” xəbər yayıb.

Bildirilir ki, Eşli Van Piveneyc xəyanətini aşkarladığı sevgilisinin evinə girib və divarda çəkiclə ingilis dilində söyüş yazıb. Alt hissəsində isə sprey boya ilə “köhnə sevgilin” imzasını atıb.

Video cəmi bir neçə saat ərzində sosial şəbəkədə virus kimi yayılıb və on milyondan çox baxış toplayıb.

İstifadəçilərin bəziləri qızı dəstəkləsə də, onun cinayət törətdiyini və keçmiş sevgilisinin polisə müraciət edə biləcəyi barədə xəbərdarlıq edənlər də az olmayıb.

O da qeyd olunur ki, zərərçəkən məhkəməyə verərsə, amerikalı qadını 90 günə kimi həbs və min dollar (1 700 AZN) cərimə gözləyə bilər.