adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
03 Fevral 2021 22:00
44275
MARAQLI
A- A+

Rusiyada sərxoş kişi sərnişin avtobusunu qaçırdı - VİDEO

Sərxoş kişi sərnişin avtobusunu qaçırdıb.

“Life Shot” “Telegram” kanalının məlumatına görə, hadisə Rusiyanın Primorsk diyarının Artyom şəhərində qeydə alınıb.

Bildirilir ki, avtobusu qaçırdıqdan sonra o, bir neçə dəfə qəza şəraiti yaradıb. Hüquq mühafizəçiləri onun təqibinə başlayıb. Sürücü dayanma tələbinə əməl etməyib, həmçinin bir neçə polis maşınını da əzib.

Nəhayət polislər avtobusun təkərlərinə atəş açmaq məcburiyyətində qalıblar. Təqib zamanı avtobus xəndəyə düşüb, bundan sonra kişi saxlanılıb.

Məlum olub ki, qanun pozucusunun üzərində sənədləri yoxdur. O, Ussuriysk şəhərinə (80 km məsafədə) getmək istədiyini deyib.

Hadisə ilə bağlı yoxlamalara başlanılıb.