adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
05 Fevral 2021 11:09
104568
ƏDƏBİYYAT
A- A+

“Sağın getdi, solun getdi, sən də yığışdan, Əlnağı”

Koronavirusun ölümü konveyer halına saldığı, təəssüf-ağrı dolu qəm yükünü azaltdığı və kiminsə həyatdan getdişini adiləşdirdiyi vaxtda, Kürdəmirin Xəlsə kənd sakini, 60 il od-su qonşumuz olmuş, adından çox peşəsiylə – “aqronom” kimi tanınan Əlnağı Rəhimovun – Hacı Əlnağının həyatdan köç elə-diyini eşidəndə fikrə getdim.

Birdən Hacı Hacoğlan əmoğlundan eşitdiyim yadıma düşdü. Demə, yaşlanandan sonra yaradıcılı-ğa meyli oyanmış Hacı Əlnağı, çoxdan imiş ki, özünü o dünyaya təhrik eləyirmiş:

Sağın getdi, solun getdi,

Arxan getdi, önün getdi,

Sən də yığışdan, Əlnağı!

Bu “yığışdan” sözünü də özü yaratmışdı. Güman ki, “yığışsana”, “yığışıb getsənə” mənasında işlə-dirdi.

Hacı Əlnağı kəndimizin baramaçılıq üzrə üç ağronumundan biriydi. Bu üçlüyün – Əlnağı Rəhi-mov, Əlibala Mustafayev, Abdul Abdulov, yaşca hansının böyük, hansının kiçik olduğunu deyə bilmə-səm də, bildiyim o idi ki, üçü də bir-birinə yaxın qohum idilər. İndi fikirləşəndə görürəm ki, bu üç nəfərin heç biri qal adamı deyildi, səmimiydilər, xoşniyyət idilər. Hacı Əlnağı bu üçlüyün bir az ayrı tərəfiydi, – deyib-gülən, şuxluğu sevən, zarafatcıl. Bəlkə də üç peşə yoldaşından daha uzun yaşamasının da səbəbi bu olmuşdu. O da yadımdadı ki, anam da kəndimizin barama aqronomlarına baxıb, kiçik qardaşım, rəhmət-lik Abdulbağının ağronom olması arzusuna düşmüşdü. Abdulbağını Şəkiyə – İpəkçilik texnikomuna aparan da mən olmuşdum.

Dediyim kimi, Əlnağı Rəhimov deyib-gülən, zarafatcıl, az qala hər sözdə, hər cümlədə gizlənən məzəli bir fikri tapıb çıxartmaq ustasıydı. Ümumiyyətlə bizim Xəlsədə danışmağa pərgar – söz adamıı çox olub. Biri müdrik Məşədi İlyas kişiydi. Rəhmətliyin bir yığın söz-söhbəti hələ də onu yaşadır. Mən o sözlərdən müəlliflik haqqı vermədən tez-tez istifadə edirəm. Rəhmətlik Qədir dayı, Şura xalamın həyat yoldaşı, danışırdı ki, bir gün Məşədi İlyas evə gələndə görür, yad ayaqqabı var eyvanda.

–Qonağımız gəlib, deyəsən?– Soruşur.

Yoldaşı qayıdır ki:

– Hə...

–Hanı?

–Namaz qılır.

Məşədi İlyas tez girir içəri, qonaq rükuyə gedəndə deyir:

–Dayan!

Qonaq donub qalır...

–Dur çıx burdan, orucu-namazı mənim qapıma dadandırma!

Şirin söz deyən, məzəli əhvalatlar danışan, satirik aktyor səviyyəsinə yüksəlmiş rəhmətlik bibioğ-lum Mirqayıb vardı, Hökməli vardı, Şamıl vardı. Saatlarla danışsaydılar sözlərindən doymaq olmazdı. Hacalı əmim isə lapdan söz demək ustasıydı. Dinməzdi, dinməzdi, birdən elə söz deyərdi, adamın dəy-mişi durub, kalı tökülərdi. Bir gün rəhmətlik barama qurdu götürmək üçün durub gedir Hacıbala əminin yanına. “Abdullayev sənə barama qurdu yazmayıb” cavabını eşidən kimi tərpənir kolxoz sədri Əlisahib Abdullayevin qəbuluna. Özü danışırdı ki, girdim içəri, dedim, niyə mənə qurd yazmamısan? Dedi, sən planı yerinə yetirmirsən. Dedim, illərdi Sabirabad planı yerinə yetirmir, nə yaxşı ona barama qurdu verir-lər. Rəhmətliyin xırda gülüşü vardı, güldü, güldü, sonra dedi, get götür.

Dünyanın gözəl günləri idi. Əlnağı Rəhimov da o gözəl günləri yaşamışdı.

İndiki kimi gözümün qabağındadı, Seyfəddin Dağlının “Vergülağa Nöqtələrov” əsəri çıxmışdı. İki-miz də oxumuşduq. Çəpər-çəpərə olduğumuzdan elə çəpər başındaca (10 -11 yaş məndən böyük idi rəh-mətlik) həmin kitabı müzakirə eləyərdik. Deyim ki, bu kənd ziyalısının zəngin kitabxanası da vardı. Təzə çıxan kitabları almağa əli də var gələrdi. Şuxluğu, zarafatçıllığı ailə-uşaq münasibətinə də sirayət eləmişdi. Olduqca mehriban, ailəcanlı idi. Qonşumuz Mirqayıb bibioğlu bir şərqli ailə başçısı kimi arvadla hökmlə danışanda, Əlnağı Rəhimov həyat yoldaşıyla bir avropalı kimi demokratik dolanırdı. Yəni, can deyib, can eşidirdi. Onu da deyim ki, həyat yoldaşı özündən neçə illər qabaq rəhmətə getmişdi.

Anam sağlığı kəndə tez-tez gedərdim. Qonşumuz Hacı əmoğlu da gələrdi, Hacı Əlnağı da gələrdi. Oturub ürək söhbəti eləyərdik. Anam rəhmətə gedəndən sonra böyük şairimiz Məmməd Arazın sözlə-riylə desəm:

Bir də bu yerlərə gəlib-getməyim

Anamla birlikdə məzara getdi.

Gələndə də həyət-bacamız soyuq gəlirdi mənə, qərib hiss eləyirdim özümü. İldə bir dəfə gedə-get-məyirəm kəndə. Sonra Hacı Əlnağı da köçdü Bakıya. Açığı, eşidəndə, çox təəssüf eləmişdim bu köçə. Yadıma gəlir ki, rəhmətlik Şıxalı əmi də Nisə ananı götürüb, tək oğlu Bahadır əmoğlu Kürdəmirdə yaşa-dığından, Xəlsəni tərk eləyəndə ürəyim ağrımışdı.

O günü, Axtaçının Dayıkazımlı kəndinin ağsaqqalı, orta məktəb illərimizin sevimli həkimi, indinin halal Allah bəndəsi Hacı Rəcəb zəng eləmişdi mənə:

–Eşitmisən?! – Soruşdu.

–Eşitmişəm, Hacı.

–Təbabətdə belə bir şey var ki, 3 ayına qədər uşaq və bir də yaşa dolmuş insan gərək öz daimi yaşa-yış yerini tərk edib, başqa iqlimə köçməsin. Fəsadı olar...

Kitablarla sıx ünsiyyətdə olan Əlnağı Rəhimov, dediyim kimi, yaşlaşandan sonra yaradıcılığa meyl eləmişdi. Hətta onun yığıb topladığı zarafatlardan ibarət ilk kitabını da nəşr eləmişdim:

“Kürdəmir rayon partiya komitəsinin I katibi kolxoz sədrlərindən biriylə kirvəymiş. Həmin sədrdən də pambıq briqadiri bərk yazırmış. Sədr katibə deyir ki, bəs bizdə bir briqadir var, pambığı gözündən batırıb, yoxlama göndər, tutdur getsin. Katib instruktor Xələf müəllimi göndərir yoxlamaya. Xələf müəllim gəlib baxır ki, briqadirlər arasında ən yaxşı təsərrüfatçı da elə bu adamdı. Dişə dəyən bir dənə də alağ tapmazsan pambıq tarlalarında. Xələf müəllim qayıdır. Katib başlayır sorğu-suala:

–Gedib briqadirin sahəsini yoxladın?

–Bəli, yoldaş katib.

–Bəs aktın hanı?

–Yazmadım, yoldaş katib.

–Niyə?

–Qorxdum!

–Bu boyda rayonun instruktorusan, nədən qorxdun?

–Bir adamın ki, adında iki vəhşi heyvanın adı ola, ondan necə qorxmayasan?!

–O nə addı?

–Şir-Aslan...”

Qəribə şakəri vardı Hacı Əlnağının. Onda ki, duyurdu müsahibi ya basıb bağlayır, ya da alimlik id-diasına düşüb, onu avam yerinə qoymaq istəyir, durar-tutmaza nə desə yaxşıydı: “Yalan deyir, ey!”

Bununla da qarşısındakını tərk-silah eləyərdi.

Özünəməxsus Hacı Əlnağının bir para söz də vardı ki, onlardan bərk acığı gələrdi. Bunun biri “kor-rupsiya” idi, o biri də “antisanitariya”:

–A kişinin oğlu, başa düşə bilmirəm, gül kimi “talançılıq” sözünü qoyub, bu “korrupsiya”nı nə sa-lıblar dilə-dişə. Vallah, çox yumşaqdı ey, heç təsiri yoxdu dövlət idarəsini yeyib-dağıdan məmura. İnandı-rım səni, bəlkə çoxu bu sözün mənasını da bilmir. Ya da götürək elə “antisanitariya” ittihamını. A kişinin oğlu, bəs bu “pintilik” sözünü Allah niyə yaradıb?!

Koronavirus başlayandan bir dəfə getmişəm kəndimizə. Bir də yazda getmək fikrim var. Bilirəm ki, gözüm gəzəcək Hacı Əlnağını – çəpərinə boylanacam, qulağım səsdə qalacaq. Amma nə faydası:

Sağın getdi, solun getdi,

Arxan getdi, önün getdi,

Sən də yığışdan, Əlnağı!

Qəbrin nurla dolsun, Hacı Əlnağı!

 

Qəşəm İsabəyli

23.01.-03.02.2021