adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
05 Fevral 2021 11:38
62245
MÜSAHİBƏ
A- A+

"Sənətdə dağınıqlıq bizə zövq verir" - MÜSAHİBƏ

Müsahibimiz rəssam Aynur Aydındır.

- Məktəbdə musiqi təhsili almısınız. Musiqidən rəssamlığa, səsdən rəngə dönüş necə oldu?

-    Əslində, gələcək üçün pianist olmaq fikrində idim. Böyük səhnələr, konsertlər və gözəl pianist olmaq. İş elə gətirdi ki, alınmadı. Diplomatiya oxudum. Elə təhsil müddətində bir şeylər cızma-qara etməyə başlamışdım. Uşaqlıqdan maraq var idi, təhsildən sonra da rəssamlığa meyl etməyə başladım.

- Bəlkə səsin içində rəngləri gördünüz?

-  Sənətin bir sahəsini sevdikdən sonra demək olar ki, çox qolu sizi içinə çəkməyə başlayır. Ötürdüyü hislər eyni olur çünki. Pianinoda ifa edərkən necə hiss edirdimsə, rəsm çəkərkən də eynisini duyuram.


-  Ali təhsiliniz də fransız dili üzrədir. Hər kərə rəssamlıqdan kənar sahə. Maraqlıdır, bu ixtisaslar yaradıcılığına hansı köməkliyini göstərir?

-  Belə götürsək təhsilə də peşman deyiləm.  Sənətdən ayrı olmağına baxmayaraq hazırda çox şeydə, adi fantaziyalarda, portret rəsmlərdə belə müəyyən şeylərə əsaslanmağa yardım edir. Psixologiya, məntiq, fəlsəfə, müxtəlif xalqlar, iqtisadiyyat, siyasət və s.aldığım bilgilər hazırda məəyyən bir mövzu barədə axtarış edərkən köməyimə çatır.


-  Rəssamlıq təhsilinin olmaması hər hansı maneçilik törətmir sizə? Və yaxud digər rəssam dostlarınız tərəfindən ciddi qəbul olunmamaq və.s

- Törədir, əlbəttə. Özümdə əskikliyini hiss edirəm. Bilgimin az olduğunu düşünürəm. İstər texika, istər rəssamlıq tarixi, rəssamlar və rənglər barədə insan özü nə qədər araşdırsa da təhsilin yerini verməz. Buna görə fikir olaraq var ki, bu sahədə təhsil alım. Digər rəssamlar tərəfindən ciddi qəbul olunmamaq məsələsində isə həmkarlar tərəfindən belə bir reaksiya ilə qarşılaşmamışam.  Mənə xoşdu bilmədiklərim haqqında məlumatlandırsınlar.

 
- ilk sərginiz “Sandıq” adıyla oldu. Niyə “sandıq”? İndiyə qədər “sandığ”ınızda nələri gizlətmişdiniz?

-  “Sandıq” da mənim uşaqlığım gizlənmişdi, ordakı qoxulu əşyalar. Ancaq çox cüzi bir hissəsini sərgilərə bildiyimi düşünürəm. Çox əşya, çox xatirə hələ toz içində qalıb.


- İnsanların yaradıcılığınıza yanaşması sizi qane edir?

-  İstisna hallları çıxmaqla hazırkı durum üçün qane edir. Ümumiyyətlə, bu bir az da insanın özündən asılıdı, nəyi necə sunmağından, nəyi necə təqdim etməyindən. Anlada bilirsənsə əksər insan bunu anlayır və sayğı göstərir.


 

-  Yeni sərginiz olacaq. Nə yeniliklər etmək fikriniz var? Bizi təəccübləndirə biləssiniz?

- Təəccübləndirə bilmək üçün bunu cavablamamağım daha doğru olacaq. Ümid edirəm sözün yaxşı mənasında təəccübləndirə və zövq bəxş edə biləcəm.Yaxşı pul qazanmaq üçün illərlə pul qoymalısan

-Şeirdən fərqli olaraq rəssamlıqda necə deyərlər “yaxşı pul” var. Bu fəaliyyətinizin sizə maddi dəstəyi və çətinliyi hansı formadadır?

-  Rəssamlıqda yaxşı pul olması üçün illərcə yaxşıca pul qoymalısan. Həm inkişafına, həm bu yolun özünə. Maddi çətinlik zəhmətə baxır. Nə qədər zəhmət o qədər qazanc. Yenə də insanın özünə bağlayıram. Sahədən çox insani keyfiyyətlərə.

-  Hansı rəsm əsəriniz sizə daha doğmadır? 

-  “Sandıq” üçün çəkdiyim tikiş maşını işim. Orda həm nənəsinin daş eyvanında oturub tikiş maşının qapağıyla xəyal quran balaca uşaq var, həm də ola biləcək sökükləri daim tikməyə çalışan sakit bir qadın.

- Adətən rəssamlar haqqında filmlərdə, əsərlərdə rəssamların həyatı dağınıq, səliqəsiz təqdim olunur. Sizdə bu necədir? Özü də bir xanım üçün...

-  Şəxsi olaraq dağınıq biri deyiləm, ancaq emalatxana məsələsinə gəlincə, bəli sənətdə dağınıqlıq bizə zövq verir. Amma onun içində də kənardan görünməyən xüsusi bir düzənim olur.

Söhbətləşdi: Emin Piri