adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
05 Fevral 2021 12:42
71078
ƏDƏBİYYAT
A- A+

Şair Vaqif Bəhmənli ...

Biz Vaqif ilə çox gənc yaşlarımızdan tanışıq.Komsomol illərimdə rayona ezamiyyətə gələndə raykomun birinci katibindən xahiş edərdi ki,onu müşayiət etməyi məhz mənə tapşırsınlar və elədə olardı

Söhbətimiz çox tutardı və söhbətləşməkdən də doymazdıq.

Bəlkə də bu ondan irəli gələrdi ki,ikimizdə eyni sosial təbəqədən çıxmışdıq.

Vaqif Bəhmənli müasir Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən biri olmaqla, şeir sevənləri arasında çox populyardır.Bəlkədə Azərbaycanda ən az elə öz doğulub boya başa çatdığı Füzuli rayonunda tanınır və oxunur.Vaqifin şeirlərinin böyük əksəriyyəti məhəbbət mövzusundadır.Özdə ki,nakam məhəbbət.

Vallah onun yazdıqları məhəbbət şeirlərini mən yazmış olsaydım çoxdan AİLƏNİN BAŞÇISI olmaq statusumu ailə üzvlərim tutub əlimdən almışdılar.Bu məsələdə Vaqif müəllimin şir ürəyi vardır.

Vaqif qardaşımın şeirləri həyatın(həmdə kənd həyatlndan)özündən qaynaqlandığından səmimiliyi ilə insanın ən incə hisslərinı toxunur.

Onun şeirlərini öz səsindən eşidəndə

insan qəlbinin ən uzaq guşələrində çoxdan mürgü döyən hissləri diksinərık dik atılır.

Mən şahidi olmuşam ki,Vaqifin şeirini öz səsində dinləyən filoloq elmlər doktoru göz yaşlarını saxlaya bilməyibdir.

Bu gün qərar verdim ki,qardaşımızı özü səsləndirdiyi "ÜZÜK"şeirinə bir video düzəldim.

Həmin videonu Sizlərin müzakirəsinə verərək çox xahiş edirəm ki,şeir haqqında öz münasibətinizi bildirəsiniz.

SİZİN BİLDİRSİYİNİZ MÜNASİBƏT BİZİM ÜÇÜN ALQIŞLARDIR.

Telman Qasımov