adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
08 Fevral 2021 15:13
39613
ŞOU-BİZNES
A- A+

“Sonsuz minnətdarlığımı bildirirəm” - TƏŞƏKKÜR MƏKTUBU

Showxeber.az saytının rəhbəri Elman Məmmədovun kron, yəni bağırsağın bitişməməsi xəstəliyindən əziyyət çəkməsi barədə məlumat verib şəxsi “facebook” səhifəm üzərindən iş adamı Ruhi xanım Əliyevaya müraciət etmişdim: “Mən sizin gözəl ürəyinizin dəfələrlə şahidi olmuşam. Elman Məmmədov ağır xəstəlikdən əziyyət çəkir. Sizə müraciət edir və şəxsən öz adımdan xahiş edirəm ki, Elmanın yanında olasınız”.

Müraciətimin ardınca Ruhi xanım Elmanla əlaqə yaradaraq görüşüb və lazımi dəstəyi göstərib.

Səsimə səs verdiyiniz üçün dəyərli Ruhi xanım Əliyeva, sizə təşəkkür edir, minnətdarlığımı bildirirəm: “Hörmətli Ruhi xanım, Elmanın çətin vaxtlarında onu tək qoymadığınız, maddi və mənəvi dəstəyinizi əsirgəmədiyiniz üçün sizə minnətdaram.  Mən dəfələrlə sizin mərdliyinizin şahidi olmuşam. Məhz insanlar tərəfindən haqqınızda yazılan xoş sözlər də sizin ürəyinizin genişliyinə, mərdliyinizə görədir.

İnsanı yaxşılıqlar, gördüyü savab işlər ucaldır. Əlbət ki, o biri dünyada da biz bu əməllərimizə görə Yaradan qarşısında cavab verəcəyik. Onlarla, yüzlərlə ailəyə etdiyiniz köməkliyə, göstərdiyiniz dəstəyə və xahişim üzərinə Elmana yardımınıza görə sizə sonsuz minnətdarlığımı bildirir, təşəkkür edirəm. Allah sizi və sevdiklərinizi qorusun”.

Rövşən Tahir