adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
08 Fevral 2021 16:57
39909
ŞOU-BİZNES
A- A+

Şakira izləyicilərini təəccübləndirdi

Dünyaca məşhur müğənni Şakira imicində dəyişikliklər edib. Saçlarını çəhrayı rəngə boyayan Şakira dəyişimini “sürpriz” qeydi ilə sosial media hesabında paylaşıb.

Livan əsilli Kolumbiyalı müğənni Şakira son imicini sosial media hesabı üzərindən foto vasitəsilə izləyicilərinə göstərib. Sosial şəbəkələrdən tez-tez istifadə edən 44 yaşlı məşhur müğənni yeni paylaşımı ilə insanları təəccübləndirib. Belə ki, imicini dəyişərək saçlarını çəhrayı rəngə boyatdıran müğənni fotosunun üstünə “sürpriz” sözünü yazaraq tamaşaçıları heyrətləndirib.

Şəxsi “instagram” profilində son dəyişimini paylaşan müğənni izləyicilər tərəfindən bəyənilib. Belə ki, onun bu paylaşımına 1 milyon 3 yüz mindən çox bəyənmə gəlib. İzləyicilərin çoxu isə bu dəyişimin ona çox yaraşdığını yazıblar.

Rövşən Tahir