adalet.az header logo
  • Bakı 16°C
08 Fevral 2021 17:10
36197
ŞOU-BİZNES
A- A+

Alişan körpəsinin fotosunu paylaşan dostuna hirsləndi

Yeni doğulan qızının fotosunu sadəcə yaxın dostlarına göndərən Alişan uşağın fotosunun “instagram”da paylaşıldığını görüncə əsəbiləşdi.

Populyar müğənni Alişan ilə aktrisa Buse Varolun ikinci körpəsi Eliz dünyaya gəlib. Xoş xəbər alan müğənni qızının üzünü gizlədərək yalnız ayaqlarını sosial media hesabında paylaşıb. Amma Alişan uşağın üzünü gizlətsə də, dostları onun fotosunu paylaşıblar.

“Ayıb olsun sənə”

İkinci dəfə ata olmağın həyəcanını yaşayan Alişan qızının fotosunu yaxın dostlarına yollayıb. Göndərdiyi fotonun qısa zaman kəsiyində “instagram”da yayıldığını görən Alişan şok olub. Bundan sonra sosial media hesabında bir paylaşım edən müğənni “Ən yaxınlarıma fotonu göndərdim. Heç yarım saat keçməmiş qızımın fotosunu sosial şəbəkələrdə görürəm. Ayıb olsun sənə” deyərək dilə gəlib.

Alişanın yeni doğulan körpəsinin şəklini isə kimin yaydığı bilinmir.