adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
09 Fevral 2021 10:51
55377
TEXNOLOGİYA
A- A+

"Instagram"ın işində qüsurlar yaranıb

"Instagram" sosial şəbəkəsinin işində qüsurlar yaranıb.

Adalet.az-ın məlumatına görə, nasazlıqla bağlı daha çox şikayət ABŞ və Kanadadan daxil olub.

Eyni zamanda Böyük Britaniya, Almaniya, Niderland və bir sıra digər Avropa ölkələrində qüsurlar qeydə alınıb.

Şikayətlərin böyük hissəsi, təxminən 62 faizi "Instagram"ın xəbər lentinin yüklənməsi ilə əlaqədardır. 20 faiz istifadəçi sosial şəbəkəyə yeni postlar yerləşdirə bilmədiyini deyib. Daha 17 faiz istifadəçi isə tarixçəyə baxa bilmədiklərindən şikayət edib.