adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
09 Fevral 2021 14:38
35946
ŞOU-BİZNES
A- A+

Onlar da koronavirusa yoluxdular

Mustafa Sandalın keçmiş həyat yoldaşı Emina Jahovic, uşaqları Yavuz və Yaman koronavirusa yoluxublar.

Adalet.az saytı xəbər verir ki, bu barədə məşhur müğənni Eminanın özü sosial media hesabında məlumat verib: “Müalicəmizi dəyərli həkimlərimizin nəzarəti altında ev şəraitində davam etdiririk. Tibb işçilərinə təşəkkür edirəm”.

Aktiv “instagram” istifadəçisi olan və hər anını izləyiciləri ilə bölüşən Jahovic bu dəfəki paylaşımı ilə izləyicilərini kədərləndirib: “Pandemiya başlayandan bu günə qədər diqqətli olub qaydalara riayət etsək də, təəssüf ki, övladlarım və mənim COVİD-19-dan verdiyimiz test nümunəsi müsbət çıxdı”.

“Vətəndaşı olduğum üçün qürur duyuram”

Türkiyədə yaşadığı üçün özünü dünyanın xoşbəxti hesab edən müğənni açıqlamasında “Müalicəmizi ev şəraitində davam etdiririk. Bizim üçün dualar edən, xoş arzularını çatdıran hər kəsə təşəkkür edirəm. Türkiyənin pandemiya ilə mübarizədə dünyanın ən yaxşı ölkələrindən biri olduğunun şəxsən şahidiyəm. Türkiyə Cümhuriyyətinin vətəndaşı olduğum və burada yaşadığım üçün bir daha qürur duyuram” deyib.

Səhiyyə Nazirliyini və həkimləri də unutmadı

Müalicəsi barədə danışan Emina Jahovic tibb işçilərinə təşəkkür də edib: “Dərmanlarımızı evimizə gətirdilər və hər gün zəng edərək sağlamlığımızla maraqlanırlar. Bu qorxulu dönəmi övladlarımla birlikdə yalnız şəkildə keçirərkən ağlıma dünyanın hər yerində buna bənzər və ya çətin şərtlərlə bu xəstəliklə mübarizə aparan, mücadilə edən və yaxud bu virusa görə yaxınlarını itirən insanlar gəldi.

Belə bir vəziyyətdə tək olmadığımızı bilmək və bunu hiss etmək  bizə güc verdi. Buna görə Türkiyə Cümhuriyyətinin Səhiyyə Nazirliyinə, tibb işçilərinə təşəkkürümü bildirirəm. Bu müddət ərzində mənə və övladlarıma göstərdikləri mənəvi dəstəyə görə Türkiyə tibb heyətinə minnətdaram”.

Rövşən Tahir