adalet.az header logo
  • Bakı 21°C
09 Fevral 2021 15:30
37835
ŞOU-BİZNES
A- A+

“Məni övladlarımla vurmaq olmaz” - Roza “od püskürdü”

“Bu günə kimi efirlərə heç bir sponsorun köməkliyi ilə çıxmamışam. Çox müğənnilərimiz var ki, sponsor xatirinə, pul xatirinə efirdə yer alıblar. Bunu özləri də deyiblər. Amma mənə heç bir sponsor dəstək olmayıb”.

Adalet.az saytı xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli “Günə bir şou” proqramında səsləndirib:

“Mən zülmlə qazanıb, ağıllı hərəkət edib ixtisasım olan rejissorluğa görə gündəmə gəlmişəm. Açıq sözlü, iddialı birisi olduğum üçün gündəmdəyəm. Mən öz övladlarımdan başqa övladlara da analıq etmişəm. Çünki bu mənim missiyamdır. Bu reklam deyil. Onsuz bu məlumat təsadüfən bilindi, kimsə bilməyəcəkdi. Sənət yoldaşlarım övladlarımı elə gündəmə gətirdi ki, Corc kimdir, Jerar kimdir? O zaman məcbur olub dedim ki, onlar mənim övladlarımdır, yoxsa bunu gizli saxlayacaqdım”.

Zərgərli sənət yoldaşlarına səslənərək onları ittiham da edib: “O zaman yetim uaşaqların qəlbini sındırdınız. İllər keçdi, səhv mənim oldu, verilişlərdən birində Tolik sual verdi ki, tanınmış insanı necə tapdalamaq olar? Mən də dedim ki, məşhurun övladları ilə onu sınağa çəkmək olar. Bu, mənim səhvim oldu. Sizə çox açıq şəkildə məlumat ötürdüm. Bildiniz ki, məni bununla vurmaq olar. Amma siz səhvsiniz, yaxşı müəllim tələbəsinə sonuna qədər hər şeyi öyrətmir. Məni övladlarımla vurmaq olmaz. Məni vurmağın bir yolu var, bu dünyada məhv etmək. Bu da ulu Tanrının səlahiyyətindədir”.

Rövşən Tahir