adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
09 Fevral 2021 16:24
33447
ANALİZ
A- A+

Səfir: “Fransa və Ermənistan arasında müdafiə sahəsində əməkdaşlıqla bağlı xəbərlər düzgün deyil”

“Fransa ATƏT-in Ermənistan və Azərbaycana silah ixracına tətbiq etdiyi çoxdankı məhdudiyyət tədbirlərinə hörmət edir”.

Bunu Trend-ə Fransanın Azərbaycandakı səfiri Zakari Qross bir sıra erməni KİV-lərində Fransa ilə Ermənistan arasında müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi barədə yer alan məlumatları şərh edərkən deyib.

O bildirib ki, qeyd olunan məlumat düzgün deyil və yalandır:

“Ermənistan da, Azərbaycanda xarici hərbi məhsul tədarükçülərini müəyyən edib. Bu tədarükçülər hər kəsə məlumdur. Ermənistanın və Azərbaycanın həm də region dövlətləri ilə müdafiə sazişləri mövcuddur. Fransanın nə Ermənistanla, nə də Azərbaycanla bu cür razılaşması yoxdur. Bu, Fransanın regiondakı təhlükəsizliyə qərəzsiz yanaşmasına uyğundur.

Fransa ATƏT Minsk qrupunun həmsədri qismində mandatının icra olunmasında tamamilə qərəzsizdir”.

Digər Xəbərlər