adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
09 Fevral 2021 16:27
31460
MƏDƏNİYYƏT
A- A+

Xalq artisti Eldar Quliyev reanimasiya şöbəsindən palataya köçürülüb

İnfarkt keçirərək xəstəxanaya yerləşdirilən xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev reanimasiya şöbəsindən palataya köçürülüb.

Bu barədə Trend-ə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev deyib. Onun sözlərinə görə, xalq artistinin vəziyyəti stabildir:

"Həkimi bildirib ki, qarşıdakı günlərdə xalq artistinin yenidən müayinə olunub evə buraxılması ilə bağlı qərar veriləcək. Hazırda palata şəraitində reabilitasiya və müalicə prosesləri davam edir".

Xatırladaq ki, xalq artisti Eldar Quliyev yanvarın 18-i infarkt keçirərək xəstəxanaya yerləşdirilmişdi.