adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
09 Fevral 2021 16:46
50958
ŞOU-BİZNES
A- A+

“Müğənniləri qınayıram” - Tolikdən sərt təpki

“Hər dəfə bunu söyləyirəm, toy deyəndə tək ağlınıza müğənnilər gəlməsin. Bölgəmizdə qoyun-quzu bəsləyənləri, o kəsləri ki, gözləyirlər, toylar açılsın, 10 baş, 5 baş qoyun satsın, onları da fikirləşin. Bunun meyvə, tərəvəz yetişdirəni var, göyərti cücərdəni var”.

Bu sözləri prodüsser Tarix Əliyev açıqlamasında söyləyib:

“Qızıl dükanları, paltar dükanları, hər bir şey toya bağlıdır. Gəlinin ki, xonçası hazırlanır, bax oradakı şirniyyarların özünü belə kimsə hazırlayır. Toylarda olan xadimələrimiz, toyu əbədiləşdirən operatorlarımız, bayırda dayanan mühafizəçilərimiz, qabyuyanlarımız yada düşür toy deyəndə. Toy tək müğənni gəldi, yarım saat oxudu, getdi deyil. Bunun yeməklərinin hazırlanması və digər məsələlər var. Hansısa müğənni efirdə çıxıb deyəndə ki, acından ölürəm, televiziya qarşısında oturan və restoranda çalışan həmin xadiməçilər özlüyündə bilirsiniz, nə fikirləşir? Fikirləşir ki, bu yarım saata 3 min manat, 5 min alıb gedirdi, bəs mən nə edim?”

Prodüsser, həmçinin, müğənniləri tənqid etməkdən də çəkinməyib:

“Mən də müğənniləri qınayıram. Rusiyada Filipp Kirkorovdan, Türkiyədə Murad Bozdan, Sibel Candan görmədim ki, desin, toyumuz yoxdur, acından öləcəyik. Yalnız bu pandemiyada Azərbaycan müğənniləri başladı ki, biz acından öldük, biz qırıldıq. Amma günə 10 manata işləyən ofisiantı düşünən olmadı”.

Rövşən Tahir