adalet.az header logo
  • Bakı 20°C
09 Fevral 2021 17:03
50255
ŞOU-BİZNES
A- A+

“Maşınımı satıram” - İşsiz qalan Niyam gileyləndi

Müğənni Niyam Salami işsizlikdən şikayətlənib.

Adalet.az saytı xəbər verir ki, sənətçi “instagram”da video yayımlayaraq hər şeyini satdığını dilə gətirib:

“Fikirləşirəm, həyət evini necə satım ki, birotaqlı ev alım? Bu həyət evindəki ağacları necə sulayım? Pul çatdırmaq olacaq? Arada internetdən baxıb görün ki, dünyada nə baş verir?! Artıq danışa bilmirəm.

Yayda ağacları sulamalıyam. Durub desəm bunu, məni qınayacaqlar ki, niyə həyət evi almısan ki, ağacları sulaya bilmirsən? Maşınımı da satıram. Bir köhnə “Range Rover”im var, onu da sataram. Adamlar deyirdilər ki, Niyam “Range Rover” sürür, hər maşın sürən milyoner olur, pulu olur?

Bu pandemiya dövründə kimə “qaz, su pulunu ödəməyin” dedilər? Fikirləşən oldu ki, bu millət necə dolanır? Restoranlar açılır, nə edirəm restoranları? Gedib orada toy oxuyuram? Hər şey sıfırlandı. Hələ xəbərimiz yoxdur, fil qulağında yatmışıq. Ayılacağıq ki, dünyada hər şey dəyişib, bizə indi çatıb”.

Rövşən Tahir