adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
09 Fevral 2021 18:30
59275
ŞOU-BİZNES
A- A+

“Tələbə ustadla ayaqlaşa bilməz” - Flora Kərimova cavab verdi

Bir neçə gün bundan öncə Faiq Ağayevin “ATV Maqazin Onlarla” proqramında Flora Kərimova barəsində “İfaları Azərbaycan xalqına lazımdır. Flora Kərimova çox zəngin sənət xəzinəsinə malik bir insandır” cümlələrini səsləndirməsinə xanım sənətkar münasibət bildirdi. Xalq artisti Ağayevi bağışlamayacağını dilə gətirib, onu Allaha həvalə etdi. Ağayevin sülh çağırışına Kərimova məhəl qoymadı, sular durulmadı, bulandıqca bulandı.

Adalet.az saytına açıqlama verən Xalq artisti Flora Kərimova keçmişi vərəqlədi: “O məni tərifləyib deyə, Faiqə “çox sağol” deməliyəm? Məgər mən tərifə layiq insan deyiləm? Mən sənətkaram, məni çox adam tərifləyə bilər. Sənətkar öz yetişdirdiyi şagirdinə “çox sağol” deməlidir ki, sən mənim sənətimi qiymətləndirmisən?

Allaha qurban olum, insanı yaradanda hərəsinə bir xasiyyət verib. Özümdən çox narazıyam. Mən heç vaxt barışıq etmirəm, heç vaxt heç kimə heç nəyi bağışlayıb nəyisə unutmuram. Təəssüflər olsun ki, xasiyyət o deyil. Mənimlə küsülülük situasiyasını yaradan insan gərək düşünəydi. Faiq mənim xasiyyətimə bələddir. Bu qədər yaşanmışlardan sonra o barışıq səmimi olarmı?

Faiqi Allah bağışlasın. Hazırda Faiq ailə, ana saxlayır. Faiqin anası çox hörmət etdiyim xanmdır. Allah atasına rəhmət eləsin. Faiq çox ziyalı bir ailədəndir. Bilirsiniz, olan olub, keçən keçib, bundan sonra inanmıram, barışıq olsun. Barışıq olsa belə, səmimi olmayacaq. Səmimiyyət ayrı şeydir.

Tələbə ustadla heç vaxt ayaqlaşa bilməz. Faiqlə aramızda sənət məsafəsi çox böyükdür. Faiqə can sağlığı arzulayıram. İşləsin, qazansın, həyatını istədiyi kimi qursun və Yaradan yanında olsun. Amma yenə də deyirəm, barışıq ola bilməz”.

Rövşən Tahir