adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
10 Fevral 2021 08:48
52593
ŞOU-BİZNES
A- A+

Paris Hilton: “Aylarca istismara məruz qaldım”

Tanınmış model, aktrisa və müğənni Paris Hilton 17 yaşında ikən təhsil aldığı internat məktəbində başına gələnlərdən danışıb.

“Haber Global” məlumat verir ki, 39 yaşlı ulduz öz xatirələrini göz yaşı tökərək bölüşüb.

ABŞ-ın Yuta ştatının əyalət məclisində, müalicəvi internat mərkəzlərində qalan gənclərə dövlət dəstəyinin artırılmasını nəzərdə tutan qanun layihəsinin müzakirələrinə qatılan Hiltonun danışdıqları çoxlarını heyrətləndirib.

“Bu qədər şəxsi məsələni danışmaq bir qədər çətindir. Mən aldığım psixoloji zədələr səbəbilə hələ də gecələri rahat yata bilmirəm. Düşünürəm ki, bir çox uşaqlar və yeniyetmələrin belə xatirələri var. İnternatda hər gün fiziki və psixoloji təsirə məruz qalırdım. Haqların əlimdən alınmışdı. Dünyadan təcrid olunmuşdum. Hətta duş qəbul edərkən də izləndiyimi hiss edirdim. İstəmədiyim dərmanları qəbul etməyə məcbur edilirdim. Bir sözlə, əməlli başlı istismar olunurdum. Aylarca bu istismara məruz qaldım”, - deyə məşhur model bildirib.

O əlavə edib ki, komandası ilə birlikdə istismara məruz qalmış uşaqlara yardım etmək üçün bundan sonra da əlindən gələni əsirgəməyəcək.