adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
10 Fevral 2021 17:59
36018
İQTİSADİYYAT
A- A+

Ötən ilin dövlət büdcəsinin gəlir və xərcləri nə qədər olub? - Nazirlik açıqladı

2020-ci ilin icmal büdcəsinin gəlirləri 24 milyard 462,5 mln. manat təşkil edib ki, bu da proqnoza nisbətən 2099,6 mln. manat və ya 9,4 faiz çoxdur.

Bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2020-ci ilin icmal büdcəsinin xərcləri 29 milyard 160,3 mln. manat olub ki, bu da 2019-cu illə müqayisədə 2 milyard 654,2 mln. manat və ya 10,0 faiz çoxdur. İcmal büdcənin kəsiri 4 milyard 697,8 mln. manat təşkil edib ki, bu da proqnoza nisbətən 40,9 faiz azdır.

2020-ci ildə dövlət büdcəsinin kəsiri 1 milyard 737,1 mln. manat, ümumi daxili məhsulun 2,4 faizini təşkil etmiş və ya proqnozlaşdırılan kəsir məbləğindən 1631,1 mln. manat və ya 48,4 faiz az olub.

Kəsirin qarşılanması aşağıdakı mənbələr, o cümlədən 800,5 milyon manatı xaricdən cəlb edilmiş kreditlər, 283,6 milyon manatı qiymətli kağızların yerləşdirilməsindən daxilolmalar, 591,5 milyon manatı 2020-ci ilin 1 yanvar tarixinə olan dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı və 61,5 milyon manatı özəlləşmədən daxilolmalar hesabına həyata keçirilib.