adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
10 Fevral 2021 21:00
35627
İQTİSADİYYAT
A- A+

Ölkədə bir ayda istehsal olunan sənaye məhsullarının dəyəri açıqlandı

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2021-ci ilin yanvar ayında 3,6 milyard manatlıq sənaye məhsulu istehsal edilib.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bu, 2020-ci ilin müvafiq ayı ilə müqayisədə 3,4 faiz azdır.

Bu azalma neft-qaz sektorunda məhsul istehsalının 5,4 faiz azalması hesabına baş verib. Sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 12,8 faiz artıb.

Sənaye məhsulunun 64,9 faizi mədənçıxarma sektorunda, 29,2 faizi emal sektorunda, 5,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı dörd faiz azalıb, əmtəəlik qaz hasilatı isə 7,9 faiz artıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,3 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 2,2 faiz artıb.