adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
12 Fevral 2021 09:34
60185
MARAQLI
A- A+

Rusiyada gülünc oğurluq cəhdi: Oğru pəncərə nəfəsliyində ilişib qaldı - VİDEO

Rusiyanın Maqadan şəhərində son illərin ən gülünc soyğun cəhdi baş verib.

Bu barədə “BAZA” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, başqasının evinə nəfəslikdən keçməyə çalışan oğru orada ilişib qalıb. Onun çıxma cəhdləri heç bir nəticə verməyib. Saat yarım bu vəziyyətdə qaldıqdan sonra son çarəni xilasedicilərə zəng etməkdə görüb.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları kiçik faciənin baş verdiyi yerə gediblər, ancaq qapını onlar üçün açan olmayıb. Buna görə xilasedicilər də pəncərədən girməyə qərar verirlər. Elə bu vaxt ev sahibi ilə rastlaşıblar. Məlum olub ki, qadın heç nə eşitməyib, yuxudan indi durub və bu qəribə mənzərə ilə rastlaşıb.

Oğrunun çarəsiz vəziyyətini görən ev sahibəsi FHN əməkdaşlarına pəncərəni mişarlamağa icazə verib.

Gənc xilas edilib və polis əməkdaşlarına təhvil verilib.